DİN-dən "7400 nəfər" açıqlaması - Bunu kim sayıb?

08.08.2015 12:56     Siyasi reaksiya     1287

Xəbər verildiyi kimi, ölkə saytlarının birində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“Bandotdel”) aparılan cinayət işi ilə bağlı məlumat verilib. Məlumata görə, “Bandotdel” Beynəlxalq Bankdan kredit alan hər kəsi tədqiqata cəlb edib. Bu məqsədlə Beynəlxalq Bankdan kredit götürmüş 7400 nəfərin ölkədən çıxışına qadağa qoyulub.


Bu xəbərin doğruluğunu öyrənmək üçün DİN Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidovla əlaqə saxladıq.

O, reaksiya.az-a açıqlama verərək həmin informasiyanı yayan şəxsin ünvanına kəskin iradını bildirib:

“Həmin xəbəri yazan şəxs 7400 nəfəri  özü bir-bir sayıbmı?! Məntiqlə düşünək ki, Azərbaycanda 7400 insanı yığmaq mümkün olan bina yoxdur və yazılanlar cəfəngiyyatdır. Banka borcu olanların əksəriyyəti DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunmadan öz borclarını ödəyiblər. Ölkədən çıxışına məhdudiyyət qoyulmuş bocluların da artıq 50-55 faizi götürdükləri krediti ödədiyindən, qanuni olaraq barələrində tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb”.

Şərhlər

Çox oxunanlar