Zakir Həsənov NATO-nun toplantısına gedir

07.06.2018 12:59     Siyasi reaksiya     1107

İyunun 8-də Brüsseldə NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində toplantısı keçiriləcək. Azərbaycanı bu toplantıda Müdafiə naziri general-polkovnik Zakir Həsənov təmsil edəcək.

Müdafiə Nazirliyindən Reaksiya.az-a verilən məlumata görə, toplantıda NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasının gedişi və əməliyyat şəraitindəki dəyişikliklərlə bağlı müzakirələr aparılacaq.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar