Ordumuzun Günnüt zəfəri İrəvanı ÇALXALADI: böyük zərbə alan Paşinyan rejimi qorxudan... - ŞOK FAKTLAR

11.06.2018 12:16     Siyasi reaksiya     1197

Azərbaycan Ordusunun Naxçıvan istiqamətində 11 min hektar ərazini düşmən işğalından azad etməsi xəbəri nəhayət ki, bir neçə gün öncə təsdiqini tapdı. Bu, “aprel müharibəsi”ndən sonra Ordumuzun ikinci ən böyük qələbəsidir. Hərçənd, bu qələbə fonunda Ermənistan tərəfinin səsləndirdiyi fikirlər olduqca absurd görünür.

İşğalçı ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan iddia edir ki, guya ermənilər “humanistlik” göstərərək, Azərbaycan tərəfinin müraciətinə əsasən insanların doğmalarının qəbirlərini ziyarət etməyə imkan yaradıblar.

Bu, absurd iddianın özü belə Ermənistanın işğalçı olduğunu etiraf etməsi deməkdir. Yəni Ermənistan tərəfi etiraf edir ki, azərbaycanlıların öz doğmalarının qəbirləri olan torpaqlarını işğal edib və bu gün onları ziyarət etmək imkanı “yaradır”.

Hərçənd, daim mülki əhalini hədəfə alan, iki yaşlı Zəhraları qətlə yetirən, öz ata-baba yurdlarını ziyarət etmək istəyən Dilqəm Əsgərovu və Şahbaz Quliyevi girovluqda saxlayan və Xocalı kimi bəşəri cinayət törədən Ermənistanın “humanistlik” boşboğazlığının çıxılmaz vəziyyətə düşməsindən qaynaqlanır.

Çünki cəmi bir neçə gün öncə Ermənistanın yeni müdafiə naziri David Tonoyan jurnalistlərə açıqlamasında “cəbhədə hər şey qaydasındadır, vəziyyətə nəzarət edirik, üstünlük bizdədir”, - deyə bildirmişdi. Bu bəyanatdan bir neçə gün sonra Azərbaycan Ordusunun 11 min hektar ərazini işğaldan azad etdiyi xəbəri işğalçı ölkədə çaxnaşmaya səbəb oldu. Müdafiə Nazirliyinin sözçüsü Ovanisyanın “humanistlik” haqqında boşboğazlıq etməsi də məğlubiyyətin gizlədilməsi cəhdidir.

Məhz “Aprel müharibəsi”ndə olduğu kimi, Günnüt kəndinin də işğaldan azad edilməsi ilə nəticələnən əməliyyat Ermənistanda ciddi rezonansa səbəb olub.

Cəmiyyət yeni nazir Tonoyanın yalan danışdığını, cəbhədəki həqiqətləri gizlətdiyini deyir.

Xüsusilə Ordumuzun uğuru haqqında xəbər ictimaiyyətə açıqlanan kimi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin “prezidentinin” “mətbuat xidmətinin rəhbəri” David Babayanın “Azərbaycan tərəfi iki ay öncədən təmas xəttinin müxtəlif bölgələrinə qoşun yığırdı”, - iddiası da İrəvanda qarşıdurmaya səbəb olub.

Göründüyü kimi, Tonoyan “vəziyyətə nəzarət edirik”, - deyir, İrəvanın idarə etdiyi qondarma rejim isə əksini.

Erməni siyasi şərhçi Tevos Arşakyan qondarma rejimin də, Tonoyanın da yalan danışdığını deyir.

Onun sözlərinə görə, Sarkisyan rejimini tarixin zibilliyinə atan “məxməri inqilab” bu hadisə ilə ciddi zərbə aldı: “Burada bizim gələcəyimiz, təhlükəsizliyimiz müzakirə mövzusudur, lakin Tonoyan bir söz, Babayan başqa söz deyir. Tonoyan vəziyyətə nəzarət etdiyimizi və heç bir təhlükənin olmadığını deməklə bizi sakitləşdirir, Babayan əksinə, bizi təhlükənin qapımıza qədər gəlib çıxması ilə qorxudur. Hər iki bizi aldadır”.

Arşakyan qeyd edir ki, Tonoyan inqilabdan sonra yeni müdafiə naziri təyin olunub və Azərbaycan Ordusunun uğurunun ortaya çıxması onun “kreslosunu”, həm də inqilab hakimiyyətinin təməllərini laxladır: “Buna görə də o, sələfləri kimi bizi aldatmaqla məşğuldur. Babayanın yalanı isə Dağlı Qarabağda “prezident” Bako Saakyan tərəfindən hazırlanıb. Xankəndindəki etirazlar ermənilərin Saakyan rejimi altında yaşamaq istəmədiklərini göstərdi. Saakyanın oturduğu masa laxlayır və belə bir məqamda o, “Azərbaycan təhlükəsini” ortaya atmaqla “xarici düşmən” obrazı üzərindən oynayır”.

Erməni şərhçi nəticə etibarilə İrəvandakı və Xankəndidəki rejimin məğlub olduğunu vurğulayır.

“Azərbaycan Ordusu 11 min hektar ərazini nəzarətə götürüb. Bu, “atəşkəs” rejimində böyük qələbədir. Ermənistan isə yalan danışmaq və həqiqətləri gizlətməklə məşğul olur”, - deyə o bildirib.(publika)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar