Azərbaycan və Türkiyə “yeni xəritə” cızır - tarixi gün

11.06.2018 12:18     Siyasi reaksiya     1148

Sabah qardaş ölkədə TANAP-ın təntənəli açılış mərasimi olacaq; prezident İlham Əliyevin də qatılacağı törən ən çox hansı çevrələri rahatsız edir?; Səngəçalı Əskişəhərə birləşdirən dəyər

İyunun 12-də qardaş Türkiyədə region üçün çox mühüm və tarixi bir hadisə gözlənilir. 40 milyardlıq Cənub Qaz Dəhlizinin (CQD) ikinci vacib seqmenti - TANAP sabah işə salınacaq. Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev təntənəli açılış törəninə qatılmaq üçün qardaş ölkəyə səfər edəcək.

“Yeni Müsavat” arayış qismində xatırladır ki, TANAP - Trans-Anadolu Qaz Boru Kəməri təbii qazı Türkiyənin şərq sərhədindən qərb sərhədinə daşıyacaq. Dəyəri 7 milyard dollar olan kəmərin 2020-ci ildə buraxılış qabiliyyətinin ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. İlkin dövrdə TANAP-la nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. TANAP layihəsində ARDNŞ 80%, Türkiyənin BOTAŞ və TPAQ şirkətləri isə birgə 20% paya malikdir.

TANAP ile ilgili görsel sonucu

Qeyd edək ki, bu il mayın 29-da Səngəçalda Cənub Qaz Dəhlizinə ilkin qaz vurulub. Sabah - iyunun 12-də qaz Türkiyənin Əskişəhər yaşayış məntəqəsinə çatacaq və TANAP kəməri işə düşəcək. Açılış mərasimi elə ona görə 12 iyuna təyin edilib.

Gözlənilən hadisə ilə bağlı danışan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TANAP-ı iki qardaş ölkənin “ortaq qürur layihəsi” adlandırıb. Eyni zamanda belə bir böyük projenin həyata keçməsində ABŞ və Avropa Birliyinin dəstəyini qeyd edib.

*****

Bəllidir ki, 12 iyun həm də Rusiya Günüdür. Başqa sözlə, bu tarixin Rusiya Günü ilə üst-üstə düşməsi əslində sırf təsadüfdür və özündə Rusiya əleyhinə hər hansı siyasi, təbliğati anlam və ya mesaj daşımır. Sabahkı hadisənin mesaj xarakterli kiməsə ən çox aidiyyəti varsa, bu da yəqin ki, belə qlobal layihələrdən kənarda saxlanılaraq daha da “izqoy dövlət” durumuna salınan Ermənistan və beynəlxalq erməni lobbisidir, onlara bağlı antitürk çevrələrdir. 

TANAP ile ilgili görsel sonucu

Ona görə ki, Azərbaycan və Türkiyə faktiki surətdə bölgənin yeni enerji və təhlükəsizlik xəritəsini cızmaqdadır. Bu kəmər eyni zamanda iki qardaş ölkənin gücünə qarşılıqlı şəkildə güc qatacaq, onların enerji təhlükəsizliyini, ümumən milli təhlükəsizliyini və müstəqilliyini daha da möhkəmlədəcək. İki qardaş məmləkətin bölgədə söz sahibliyini və nüfuzunu, vazkeçilməz rolunu artıracaq. Xüsusən də Azərbaycanın. Təbii ki, Avropanın da enerji təhlükəsizliyi güclənmiş olacaq.

Bu mənada Türkiyədəki açılış mərasimi sırf iqtisadi deyil, həm də dostları sevindirəcək, düşmənləri məyus edəcək böyük geosiyasi hadisədir. Görünür, o üzdən CQD əleyhinə olan qüvvələr məhz bu ərəfədə, xüsusən də TANAP-ın açılış törəni ərəfəsi daha da fəallaşıb.

*****

Ä°lgili resim

Söhbət öncəliklə İtaliyadakı yeni koalision hökumətin CQD-nin sonuncu kəsimi, dəyəri 4.5 milyard avro olan Transadriatik Qaz Kəməri (TAP) layihəsinə qarşı tutduğu mövqedən gedir. Xəbər verildiyi kimi, yeni hökumət TAP-ın ölkə ərazisindən keçməsinin məqsədəuyğunluğu məsələsini təzədən nəzərdən keçirə biləcəyini bəyan edib.

TAP konsorsiumu isə bu arada bəyan edib ki, kəmərin İtaliya hissəsinin marşrutunun dəyişdirilməsi layihəni 4-5 il geri sala bilər. Deyildiyi kimi, kəmərin İtaliya hissəsinin tikintisinin 2020-ci ildə başa çatması və həmin ildə TANAP kəməri ilə nəql olunacaq qazın ildə 10 milyard kubmetrinin bu kəmərlə Avropaya nəqlinin başlaması planlaşdırılır. Lakin görünür, İtaliyadakı yeni hökumət kəmərin çəkilməsini ləngitməyi qarşıya məqsəd qoyub.

İlham Əliyev TANAP ile ilgili görsel sonucu

Müşahidəçilərə görə, bu da ən çox “Qazprom”un işinə yarayacaq. Yeri gəlmişkən, az öncə “Qazprom” Türkiyə ərazisindən “Türk axını” qaz kəmərinin Avropaya uzadılması barədə razılığa gəlib (Rusiya qazı bu kəmərlə Türkiyəyə 2019-cu ilin sonunda daxil olacaq).

*****

Bu da diqqətçəkicidir ki, İtaliya Rusiyaya qarşı sanksiyalar məsələsində Avropa Birliyində ən loyal mövqe tutan, hətta bu sanksiyaların ləğvinə çalışan, bu yöndə Rusiya üçün lobbiçilik edən dövlətdir. Bu xüsusda onun TAP-la bağlı mövqeyi Moskvanın marağına tamamilə uyğundur. Kremlin isə strateji maraqlarından biri orta və uzaq perspektivdə Avropa qaz bazarında öz inhisarçılığını saxlamaqla Qərbə qarşı qaz şantajı rıçaqını əldən verməməkdir.

Azərbaycan qazı, CQD sözsüz ki, bu inhisarçılığı azaldacaq. Bu mənada prezident V.Putinin CQD-yə pozitiv yanaşması mümkün deyil - Rusiya lideri CQD ilə bağlı ilkin olaraq müsbət fikir söyləsə də. Rusiya ən azından onun reallaşmasını yubatmağa çalışacaq ki, İtaliyanın yeni koalision hökumətinin davranışları da əslində elə buna xidmət edir. Ancaq alınacaqmı?

Yada salaq ki, Azərbaycan bundan əvvəl analoji vəziyyətlə Yunanıstanda üzləşmişdi. Yerli hökumət TAP kəməri üçün şərtlərə yenidən baxılması məsələsini qaldırmışdı və məlumatlara görə, konsorsium bəzi güzəştlərə getməklə kəmərin çəkilməsini davam etdirməyə nail olmuşdu. İndi isə İtaliyada yeni hökumət layihəni əngəlləmək xəttini seçib.

İlham Əliyev TANAP ile ilgili görsel sonucu

*****

Bəzi təhlilçilərə görə, İtaliyada hazırda hökumət böhranı yaşanır və yeni formalaşan hökumətin möhkəmlənmək üçün populist bəyanatlar verməsi gözləniləndir. Yəni bu bəyanatlar bir çox hallarda siyasi xarakter daşıyır və onların reallaşıb-reallaşmayacağını söyləmək mümkün deyil. İstənilən halda ümid edək ki, Azərbaycan xüsusən də CQD-nin siyasi-maliyyə sponsoru olan AB və ABŞ ilə aktiv diplomatiya aparmaqla, həmçinin, İtaliya hökuməti ilə təmasları gücləndirməklə, habelə BP şirkətinin öz nüfuz və təsirindən istifadə eləməsi sayəsində bu məkri də önləyə biləcək və kəmərin işə düşməsinin ləngiməsinə imkan verməyəcək.

Nəzərə alsaq ki, gələcəkdə CQD ilə türkmən və İran qazının nəqli də istisna edilmir, yəni kəmərin ötürücülük gücünün xeyli artacağı gözlənilir, o zaman 12 iyundan sonra Avropa qaz bazarı uğrunda mübarizənin, daha dəqiqi, “qaz müharibəsi”nin daha sərt mərhələyə keçəcəyini söyləmək mümkündür...

Reaksiya.az

Şərhlər

Çox oxunanlar