"Boykot siyasi bəhanə alətidir" - Politoloq

08.08.2015 17:56     Siyasi reaksiya     2454

Xəbər verildiyi kimi, Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa  bəzi partiya namizədlərinin seçkiyə qatılmayacağı ilə bağlı yayılan məlumatlara  münasibət bildirib: “İnanmıram ki, ağlı başında olan siyasi partiyalar seçkini boykot eləsin. Seçkilər partiyanın tanınması üçün bir fürsətdir. Təbliğat məqsədilə seçkilərdə iştirak etmək partiyaların mahiyyətinə aid olan məsələdir. Bu partiyaların borcudur. Seçkiləri boykot edəcək partiyaların uğur qazanacağını düşünmürəm”.

Reaksiya.az politoloq Natiq Mirinin məsələyə münasibətini öyrənib.

Azərbaycanda konkret olaraq seçkiləri baykot edəcək eloktrata sahib partiya varmı sualını belə cavablandırdı: “Azərbaycanda demokratik seçki sistemi tam oturuşmadığı üçün boykot taktikası keçərli olmur. Müxalifət hələ güclü elektorat dəstəyinə malik olduğu zamanlarda belə boykot taktikası işə yaramayıb. Amma ümumiyyətlə boykot taktikası passiv dirəniş sistemidir ki, bunun da topluma və seçkinin nəticələrinə təsiri çox az olur. Bu gün boykot tərəfdarları bu addımı atmaqla hansı siyasi nəticə əldə etmək fikrindədirlər ki, bunu topluma açıqlasınlar. Seçki ən sivil siyasi mübarizə sistemidir. Siyasi mübarizə indiki zamanda küçədən parlamentə daşınmalıdır. Özünə güvənənlər buyurub bu seçki qovğasında özünü sınaya bilərlər. Bunu istəməyənlər zəif olanlardır. Ona görə də boykot onlar üçün bir siyasi bəhanə aləti olaraq istifadə edilir. Amma seçki sistemi də demokratik olmalıdır ki, bu sistemə toplumda bir güvən hissi olsun”.

Şərhlər

Çox oxunanlar