Azərbaycan prezidenti sinqapurlu həmkarını təbrik edib

09.08.2015 00:55     Siyasi reaksiya     1810

Azərbaycan prezidenti İlham Əliyev sinqapurlu həmkarı Toni Tan Kenq Yamı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
 

Reaksiya.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:


"Hörmətli cənab prezident, Sinqapur Respublikasının milli bayramı münasibətilə sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim sülh və rifah arzulayıram".

 

Şərhlər

Çox oxunanlar