Azərbaycan torpaqlarının işğalına başçılıq edən cani-general həbs edildi - - VİDEO

17.06.2018 11:09     Siyasi reaksiya     1418

Deputat-general Manvel Qriqoryan və Don Pipo kimi məşhur olan kriminal avtoritet Artur Asatryan bu gün Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) tərəfindən saxlanılıblar.

Reaksiya.az erməni KİV-ə istinadən bildirir ki, bu barədə MTX-nın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, həbslər Eçmiədzin şəhərində iki müxtəlif cinayət işi üzrə keçirilən operativ-axtarış tədbirləri çərçivəsində aparılıb. Axtarışlar zamanı MTX-nın tədqiqatçıları böyük miqdarda silah-sursat aşkar ediblər.

Manvel Qriqoryanla bağlı Ermənistan Cinayət Məcəlləsinin 235 maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş cinayətdən (ilkin sövdələşmə üzrə bir qrup insan tərəfindən qanunsuz odlu silahın əldə edilməsi və saxlanılması) söhbət gedir. Saxlanılma MTX-nın aldığı operativ məlumatların araşdırılması çərçivəsində həyata keçirilib. M.Qriqoryan Ermənistan parlamentinin deputatı olduğu üçün MTX Milli Məclisin spikerinə məlumat verib ki, saxlanılma Ermənistan Konstitusiyasının 96 maddəsinə (deputat toxunulmazlığı ilə bağlı məsələləri tənzimləyir) müvafiq olaraq aparılıb.

 

Artur Asatryanaya (Don Pipo) gəlincə, onun tutulması, barəsində hazırlanan ölümə qəsd haqqındakı cinayət işi çərçivəsində həyata keçirilib.

"Kriminal avtoritetlə bağlı axtarışlar, həyatına sui-qəsd hazırladığı ehtimal olunan insanların oğurluğu fakt üzrə qaldırılmış cinayət işi çərçivəsində Asatryanın malikanəsində, ona yaxın tikililərdə və başqa ərazilərdə aparılıb, silah-sursatlar tapılıb", — xəbərdə deyilir.

Xatırladaq ki, general Manvel Qriqoryan Cəbrayılı və Fizulini işğal etmiş erməni ordusunun 5-ci briqadasına rəhbərlik edib. Fizuli rayonunu tamamilə məhz o qarət edib. Cani-general həm də Azərbaycan əsirlərinə münasibətdə xüsusi qəddarlığı ilə fərqlənib.

Bir müddət əvvəl isə Manvel Qriqoryan kəlbəcərli girovlar – Dilqəm Əsgərov və Şahbaz Quliyevi güllələmək lazım olduğunu bildirmişdi.

Reaksya.az

Şərhlər

Çox oxunanlar