Ankara ilə Bakı yaxın günlərdə HƏRKƏTƏ KEÇƏCƏK - Paşinyan Putini qəzəbləndirdi

27.06.2018 16:23     Siyasi reaksiya     889

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin bir neçə gün öncə Bakıya səfəri və Azərbaycan paytaxtında Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər İrəvanda narazılıq və qorxuya səbəb oldu.


 Volodin “Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə düzgün və konstruktiv mövqe sərgiləyib” deyə bildirdi.

Bu bəyanat Rusiyanın Azərbaycana dəstəyi kimi xarakterizə oluna bilər. İrəvanda isə hesab edirlər ki, Putin Paşinyanın Qərbə doğru yürüşə çıxmasına Bakıdan cavab verir.

Erməni şərhçi Qarnik Qevorqryan iddia edir ki, Rusiya Azərbaycana ərazilərini güc yolu ilə azad etməsi üçün “yaşıl işıq” yandırır.

“Regional və hərbi-siyasi kontekstdə bu bəyanat növbətçi, yaxud adi bəyanat deyil. Vəziyyət həqiqətən də partlayış həddindədir. Naxçıvan və Qarabağ cəbhəsində baş verənlər fonunda Rusiya Azərbaycanı təqdir edir. Bu, Moskvanın Bakıya “yaşıl işıq” yandırması deməkdir. Məsələ ondadır ki, iyunun 21-də Ermənistan və Avropa İttifaqının birinci şura iclası keçirildi. Ermənistanın baş naziri Nikol Paşinyan iyulun əvvəlində Brüsselə yola düşəcək, o, Avropa İttifaqının rəhbərliyi ilə görüşlər keçirəcək, həmçinin, NATO sammitində iştirak edəcək. Görünür, Ermənistanın Qərbə üz tutması Rusiyanı qəzəbləndirir”, - deyə o bildirib.

Erməni şərhçi iddia edir ki, Türkiyə və Azərbaycan yaxın günlərdə ərazilərin azad olunması istiqamətində hərəkətə keçə bilər: “Türkiyədə seçkilər başa çatdı, Putin dostu Ərdoğanı təbrik etdi. Türkiyə artıq daxili prosesləri başa çatdırıb xaricə baxır və mümkündür ki, qarşıdakı dövrdə Ankara və Bakı ciddi addımlara təşəbbüs edəcək”.(publika)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar