Fətullah Gülən camaatını ləğv edəcək - SURPRİZ İDDİA

05.06.2015 11:01     Siyasi reaksiya     1118

Türkiyənin “Yeni Akit” qəzetinin yazarı Hasan Karakaya, Fəthullah Gülənin 7 iyun seçkilərindən məğlubiyyətlə çıxacağı təqdirdə camaatı ləğv edəcəyini yazıb.

 

Hasan Karakaya Fətullahçıların içindən aldığını iddia etdiyi məlumatları bu gün öz köşəsində yazıb.

Fəthullah Gülənin əməlli başlı pis vəziyyətdə yazan Karakaya, Gülənin son günlərdə camaatın imamları və “abiləri” ilə belə görüşmədiyini iddia edib. Karakaya, 7 iyundan sonra Gülenin yenidən hərəkat başlamaq üçün kritik bir qərar qəbul etməyə hazırlaşdığını da qeyd edib.

Bu da Karakayanın köşəsində yazdığı bilgilər:

CAMAAT LƏĞV EDİLƏCƏK!

 

Haradan haraya gəldik!..

Bütün bu “yalan”ların, qurmaların, qeyri – adi əməliyyatların,“dedi -qodu”ların və şantajların bircə səbəbi var:

Iazımi orqanlar təzyiq edir!.. Dolayısı ilə Fətullah Gülen çətinliyə düşüb!..”

Əməlli – başlı ilişib!..

Ya 7 iyunda AKP Hökümətinə sonuncu zərbəni vurub onu yıxacaq, ya da öz işi bitəcək!..

Hisslər”imə yox, aldığım Məlumat”lara söykənərək deyirəm ki,Fətullah Gülen, əgər 7 iyunda da PİS VƏZİYYƏTDƏ  qalacağı və AKP -nin yenə qələbə qazanacağı təqdirdə,“Camaat’ı ləğv etməyi” belə fikirləşir!..

Bəli, bəli;

“Camaat ləğv olunacaq!

Yelkənləri suya endirib, hər hansı bir ölkədə “inziva”ya çəkiləcək!..

Bezidi, cana doydu!.. Xeyli yoruldu!..

Camaat heç vecinə də deyil!..

Elə ona görə də bir neçə həftədir ki, “Pararelçi imamlara və abi”lərə də diqət yetirmir, onların Nyu Yorkdan yanlarına gəlməyini istəmir!..

Dediyim kimi;

Bunlar bir “hiss yox, qaynağından əldə etdiyim məlumatlardır!.."

Şərhlər

Çox oxunanlar