Almaniya kanslerinin Azərbaycana səfər tarixi bəlli olub
21.07.2018 15:51 Siyasi reaksiya 1082

Almaniya kansleri Angela Merkel Azərbaycana səfər edəcək.
Reaksiya.az "Sputnik"ə istinadən verdiyi məlumata görə, A.Merkel Bakıya avqustun 25-i gələcək.
Cənubi Qafqaz ölkələrinə turnesi zamanı Almaniya kansleri avqustun 23-ü Tbilisini, 24-ü isə İrəvanı ziyarət edəcək.
Kanslerin Azərbaycana səfərinin gündəliyi hazırda diplomatik kanallar üzrə dəqiqləşdirilir.
Şərhlər