Fizuli Məmmədov Avropa Azərbaycanlıları Konqresinə məktub yazdı - "Növbədənkənar qurultay çağırılsın..."

18.08.2018 18:23     Siyasi reaksiya     1002

Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Fizuli Məmmədov bu qurumun İdarə Heyəti və Şura üzvlərinə məktub yazıb.

Musavat.com-a göndərilən məktubda bunlar var:

"Dəyərli AAK rəhbərliyi və AAK üzvləri. Nəzərinizə çatdırıram ki, 16 iyul 2018- ci il tarixində AAK prezidenti Sahil Qasımovun rəhbərliyi ilə bir neçə Konqres təmsilçisi İspaniyaya səfər etmiş , İspaniya dövlətinin parçalanması və bölünməsi istiqamətində separatçılıqla məşğul olan "KATALON"un qondarma qurumları ilə bir sıra görüşlər keçirmişlər. Görüşlərin mözusunun nə olmasından asılı olmayaraq, bu görüş hazırda separatizmdən əziyyət çəkən Azərbaycan dövlətinin milli maraqlarına, Azərbaycan İspaniya diplomatik münasibətlərinə və bütövlükdə Azərbaycan dövlətinin xarici siyasət strategiyasına böyük zərbədir.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev İspaniya dövlətinin daxilində baş verən separat fəaliyyətlərlə əlaqədar olaraq, Azərbaycan dövlətinin rəsmi mövqeyini ortaya qoyaraq bildirmişdir ki, "İspaniya dövlətinin ərazi bütövlüyünü tanımaqla və hörmət etməklə yanaşı, İspaniyanın daxılındə onun dövlət qurluşunun əlehinə olan hər hansı bir separat qrupların fəaliyyətini dəstəkləmir".

Hörmətli AAK üzvləri!

Bildiyiniz kimi AAK ın yaranmasının xeyir-duası ilk öncə Ulu Öndər Heydər Əliyev tərəfindən verilmişdir. Konqresin son qurultayına isə ölkə prezidenti cənab İlham Əliyev tam dəstək verərək, Azərbaycan Respublikası prezidentinin köməkçisi hörmətli Əli Həsənovun vasitəsilə Qurultay iştirakçılarına özünün təbrikləri ilə yanaşı önəmli töfsiyyələrini də çatdırmışdır. Sadaladığım faktorlar bir daha subut edir ki, AAK nə qədər müstəqil təşkilat olsa da, onun fəaliyyətinin məsuliyyətini Azərbaycan Respublikasının prezidenti başda olmaqla, Azərbaycan dövləti də daşımaqdadır.

Hörmətli AAK üzvləri.

AAK prezidenti Sahil Qasımovun buraxdığı bu böyük səhv, bir sədr kimi ona olan etimadı və güvəni itirmişdir. Bundan sonra onun AAK prezidenti kimi fəaliyyəti mümkünsüz hesab edilir. Təklif edirəm ki, bu yanlışlığı düzəltmək üçün həm Azərbaycanda, həm də Avropada etibarını tamamıilə itirməkdə olan AAK, təcili olaraq növbədənkənar Qurultaya getməli və yeni AAK rəhbərliyini və prezidentini seçməlidir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar