İranlı nazir ABŞ-a meydan oxudu: - "Onlar bizlə qarşı-qarşıya gəlmək gücünə sahib deyil”
28.08.2018 13:35 Siyasi reaksiya 863
Əbdülrza Fəzli: “ABŞ ordusu İranla üz-üzə gələ biləcək gücə sahib deyil”
İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli Kirmanşah valiliyində təşkil edilən “Dirəniş İqtisaidyyatı Şurası”nın iclasında ABŞ və İran arasındakı nüvə sazişi ilə bağlı yaranan böhran haqqında danışıb.
Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-la daha öncə bu probelmin həlli yönündə razılaşdıqlarını xatırladan Fəzli, “biz bu məsələni bir dəfə danışdıq və anlaşdıq. İndi imzaladığı sənədə sadiq qalmayan bir tərəflə heç bir şeyi müzakirə edə bilmərik”,-deyə bildirib.
İranlı nazirin fikrincə, ABŞ-la müzakirələrin davam etməsi üçün rəsmi Vaşinqton öz öhdəliklərini icra etməlidir.
“Bunun üçün “Birgə Tam Həcmli Fəaliyyət Planı”na (İranla imzalanan nüvə sazişinin rəsmi adı-red.) geri dönməmiz lazımdır. ABŞ üzərinə düşən vəzifələri yerinə yetirməli və İrandan üzr istəməlidir. Yalnız bundan sonra bərabər şərtlərlə müzakirə masasına otura bilərik”, - nazir Fəzli bildirib.
Əbdülrza Rəhmani Fəzli hər iki tərəfin bir-birlərinin hüquqlarına hörmət gəstərməli olduğunu sözlərinə əlavə edib.
ABŞ-ın təhdidkar davranışlarının doğru olmadığını söyləyən iranlı nazir “ABŞ siyasətçiləri özlərini əsl hərbçi kimi aparırlar və daima bizi hədələyirlər. Lakin ABŞ ordusu İranla qarşı-qarşıya gəlmək gücünə sahib deyil”.
Fəzli iki ölkənin hərbi gücünün bərabər səviyyədə olmasına nümunə olaraq Suriyada illərdir davam edən müharibəni göstərib.
Şərhlər