ATƏT-in baş katibi Azərbaycana gəlir
04.09.2018 16:01 Siyasi reaksiya 979

Gələn həftə, sentyabrın 11-də ATƏT-in baş katibi Tomas Qreminger Azərbaycana səfər edəcək.
Bu haqda Oxu.Az-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
XİN rəsmisi bildirib ki, T.Qreminger səfər çərçivəsində müxtəlif görüşlər, o cümlədən Azərbaycan XİN-də görüş keçirəcək.
“Görüşlərdə siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq”, - deyə o bildirib.
H.Hacıyev əlavə edib ki, səfər zamanı Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə olunacağı istisna deyil.
Şərhlər