Müdafiə Nazirliyi: Türkiyə-Rusiya İşçi qrupları Suriyadakı vəziyyəti müzakirə edib
05.09.2018 13:22 Siyasi reaksiya 940

“Türkiyə-Rusiya İşçi qrupları arasında Suriyadakı hadisələr və regional təhlükəsizlik məsələlərininin sonuncu müzakirəsi avqustun 31-dən sentyabrın 4-dək Ankarada keçirilib”.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu məlumatı Türkiyənin Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, işçi qrupları arasında görüşlər davam edəcək.
Xatırladaq ki, sentyabrın 4-də Rusiyanın döyüş təyyarələri Suriyanın İdlib bölgəsini bombalayıb. Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov Suriyanın şimalındakı vəziyyət barədə Ankaranı məlumatlandırdıqlarını deyib.
Qeyd edək ki, sentyabrın 7-də Tehranda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Həsən Ruhaninin görüşü olacaq. Toplantıda dövlət başçıları və hökumət başçısının Suriyadakı vəziyyəti müzakirə edəcəkləri nəzərdə tutulub.
Şərhlər