Müdafiə naziri təlimlər keçirilən bölgəyə gedib

17.09.2018 16:46     Siyasi reaksiya     1072

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, keçirilən təlimlərə rəhbərlik etmək üçün müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimlər keçirilən bölgəyə gedib.

Bu barədə musavat.com-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri və Nazirliyin digər rəhbər heyəti hərbi hissənin ərazisində ucaldılan ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib, qarşısına gül dəstələri qoyaraq hörmət və ehtiramlarını ifadə ediblər.

Sonra general-polkovnik Z.Həsənov müxtəlif poliqonlar və təlim sahələrində keçirilən təlimin senarisinə uyğun olaraq qarşıya qoyulan məqsəd və vəzifələr barədə məruzələri dinləyib.

Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə və təlim iştirakçılarına bir daha çatdıran müdafiə naziri genişmiqyaslı əməliyyat-taktiki təlimlərin təşkili və keçirilməsi ilə bağlı müvafiq göstərişlər verib.

Reaksiya.az

Şərhlər