Nazir müavini: "Xəzərin hüquqi statusunun rellaşdırılması ilə bağlı müzakirələr davam edir"
27.09.2018 16:41 Siyasi reaksiya 1100
Xəzərin hüquqi statusunun rellaşdırılması ilə bağlı müzakirələr davam edir.
Publika.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, müzakirələr tez-tez olmasa da davam etdirilir:
"Hələlik Xəzərin hüquqi statusunun rellaşdırılması ilə bağlı reallaşdırılması ilə bağlı işçi qrupun birinci iclasının vaxtı məlum deyil. Çalışacağıq ki, bu ilin sonuna qədər iclas baş tutsun. Bəzi məsələlər var ki, onlar Konvensiya formatında tənzimlənir. Bəzi məsələlər də var ki, iki ölkə arasında razılaşdırılır. Türkmənistanla, İranla da danışıq xəttimiz var və məsələlər gündəlikdədir. Konvensiyanın müddəalarına əsasən, bəzi məsələrlə bağlı danışıqlar davam etdiriləcək. Bu, yeni yaradılmş işçi qrupunun iclasında olacaq. Çox güman ki, ilin sonunadək birinci iclas keçiriləcək".
Onun sözlərinə görə, Türkmənistanla olan məsələ Xəzərin dibinin bolüşdürülməsi ilə bağlıdır: "Məsələyə dair danışıqlar Türkmənistanla Azərbaycan arasında davam etdirilir. Danışıqlar eyni zamanda, Azərbaycan-İran, İran-Türkmənistan arasında aparılır. Bəzi hallarda görüşlər tez-tez, bəzi hallarda davamlı olur. Bu, tərəflərin hazırlığından və məsələyə yanaşmasından asılıdır".
Şərhlər