Əldə olunmuş razılaşma Qarabağ münaqişəsinin həllinə töhfədir
02.10.2018 11:52 Siyasi reaksiya 972
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş və əldə olunmuş razılaşma Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfədir.
Bunu Trend-ə Qlobal siyasət və Transatlantik münasibətlər üzrə ekspert (ABŞ) Piter Teys deyib.
O bildirib ki, növbəti aylarda bu razılaşmanın nəticələri müşahidə olunacaq:
“Bu səviyyədə müzakirələr yalnız konkret fəaliyyət və nəticələr olduqda vacib əhəmiyyət daşıyır”.
P.Teys deyib ki, Azərbaycan regionda sülhün təmin olunması üçün bütün mümkün variantlardan istifadə edir və regionda sülh və çiçəklənmə üçün çoxlu investisiya yerləşdirib:
“Baş nazir Nikol Paşinyan Ermənistanın iqtisadi vəziyyətinin yaxşılaşması üçün öz rəhbər mövqeyindən istifadə etməli və aqressiyadan dövlət idarəçilik aləti kimi istifadə etməkdən çəkinməlidir. Yerevan beynəlxalq hüquqa hörmət etməli və Qafqazda etibarlı tərəfdaşa çevrilməlidir”.
Şərhlər