Azərbaycan Fransaya etiraz notası verdi - VİDEO

24.10.2018 12:59     Siyasi reaksiya     1762

Fransanın ölkəmizdəki səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

Ona, Fransa nümayəndələrinin Azərbaycanın maraqlarına, onun suverenliyi və ərazi bütövlüyünə toxunan bir sıra addımları, o cümlədən bu yaxınlarda Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə Fransanın Sent Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbəri tərəfindən edilmiş qanunsuz səfərlərlə bağlı rəsmi etiraz bildirilib.

"Reaksiya Media Group"a daxil olan ReaksiyaTV İnternet Televiziyasında bu məsələ ilə bağlı veriliş efirə gedib. Həmin verilişi sizlərə təqdim edirik.

Reaksiya.az

Şərhlər