Rusiya NATO təlimlərində rabitə əlaqəsinin qurulmasına əngəl törədib

10.11.2018 13:41     Siyasi reaksiya     918

Finlandiya Rusiyanı NATO-nun “Trident Juncture 2018” təlimlərində rabitə siqnallarına əngəl yaratmqada ittiham edib.

Reaksiya.az xarici mətbuata istinadən xəbər verir ki, Finlandiyanın Hava naviqasiya xidməti ölkənin şimalında GPS naviqatorlarının işində pozuntular barədə xəbərdarlıq edib. Noyabrın 2-də “The Barents Obsever” portalı da ölkənin şimalında GPS qurğularının işə düşmədiyini bildirib.

Həmin pozuntuların məhz təlimlər vaxtı baş verməsi diqqət çəkib.

Qeyd olunur ki, “Trident Juncture 2018” təlimləri zamanı Rusiya bir neçə dəfə NATO-nu təxribata çəkmək istəyib.

Təlimlərin gedişində Böyük Britaniya öz qırıcılarını Şotlandiya səmalarında görünən rus bombardmançılarına görə havaya qaldırmalı olmuşdu.

Trident Juncture 2018 təlimləri 25 oktyabrdan noyabrın 7-nı qədər keçirilib. Təlimlərə 31 ölkədən 50 min hərbi qulluqçu, 250 təyyarə, 65 gəmi, 10 min ədəd hərbi texnika cəlb olunub.

Bu soyuq müharibə illərindən sonra alyansın şimal hüdudlarında keçirdiyi ən böyük hərbi manevrlər hesab olunur.

Reaksiya.az

Şərhlər