Həmsədrlər Azərbaycan və Ermənistan XİN başçılarına Milanda görüşməyi təklif edib
13.11.2018 13:52 Siyasi reaksiya 820
Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan ATƏT-in Xarici İşlər Nazirləri Şurasının bu il dekabrın 6-7-də keçirilən iclasında iştirak edəcək.
Bunu brifinq zamanı XİN-in mətbuat katibi Anna Nağdəliyan bildirib.
O, ATƏT Minsk qrupu həmsədrləri tərəfindən həmin iclas çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşməsi ilə bağlı təklif irəli sürüldüyünü deyib: “Görüş təsdiq edilən kimi ictimaiyyət məlumatlandırılacaq”.
Xatırladaq ki, ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefan Visconti (Fransa), Andrü Şefer (ABŞ) oktyabrın 29-dan noyabrən 2-dək Rusiya və Cənubi Qafqaz regionunda səfərdə olmuşdular.(report)
Şərhlər