Mariya Zaxarova: "Sergey Lavrov Bakıda Qarabağ münaqişəsini müzakirə edəcək"

13.12.2018 14:49     Siyasi reaksiya     910

 "Rusiya xarici işlər naziri Sergey LavrovBakıya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək".

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistin bu ölkənin XİN başçısı Sergey Lavrovun Bakıya səfəri ilə bağlı sualına cavab verərkən bildirib.

"Rusiya xarici işlər nazirinin bölgəyə səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi həmişə əsas mövzulardan biri olur. Bu, əlbəttə ki, Rusiyanın bu prosesin həmsədr ölkəsi olması və bu mövzunin hər iki ölkə üçün vacib olması ilə əlaqədardır", - o deyib.

Xatırladaq ki, Rusiya XİN başçısı Sergey Lavrov dekabrın 14-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün bu gün Bakıya gələcək.

Reaksiya.az

Şərhlər