Politoloq: "Rusiya İrəvanda "Maydan" istəmir"

11.08.2015 13:47     Siyasi reaksiya     2743

Xəbər verdiyimiz kimi, bu axşam 19:00-da İrəvanda “Qalx, Ermənistan!” aksiyasının təşkilatçıları yeni kütləvi etirazlara başlayacaqlarını bildiriblər. 

Məsələ ilə bağlı “Reaksiya” –ya açıqlama verən politoloq  Razi Nurullayev erməni xalqının öz siyasətçilərinə inamadığını bildirib: “ Əslində, Ermənistanda əhalinin böyük hissəsi müxalif düşüncəlidir. Erməni xalqı Sarkisyan iqtidarından boğazdan yuxarı narazıdır. Amma xalqın inandığı səmimi siyasətçi və partiya olmadığına görə güclü müqavimət hərəkatı yaranmır. Xalq siyasətçilərə inamını itirib, onların çağırışını növbəti oyun kimi dəyərləndirir. Digər tərəfdən, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi istəmir. Bu da açar məqamdır. Deyilənləri nəzərə alsaq, Ermənistanda müqavimətin böyüyəcəyini söyləmək çətindir”.

Qeyd edək ki, hərəkatın koordinatoru Andreas Qukasyan mitinq İrəvanın Respublika meydanında keçiriləcək. Qukasyan bildirib ki, mitinq zamanı dövlətin elektrik tariflərinin qaldırılması məsələsi müzakirə olunacaq və tələblərin məzmunu aydınlaşdırılacaq. Təşkilatçıların tələb edir ki, hakimiyyət Rusiyanın “İnter RAO” şirkətinə məxsus “Ermənistan elektrik şəbəkələri” şirkətini milliləşdirməli, elektrik enerjisi qiymətlərinin razılaşdırılması üçün danışıqlarda iştirak edən Ermənistan ictimai xidmətlərin tənzimlənməsi üzrə Komissiya üzvlərini istefaya göndərməlidir. 

Bütün bunlarla yanaşı, aksiya iştirakçılarının ən əsas tələbi ölkə rəhbərliyinin istefasıdır. Etirazçılar bildirirlər ki, Serj Sarkisyan və onun partiya üzvləri hakimiyyətdən getməyənə qədər meydanı tərk etməyəcəklər.

Şərhlər

Çox oxunanlar