Jdanov: Paşinyan Bakının neft dollarını seçəcək - Sensasiya
23.01.2019 13:51 Siyasi reaksiya 893
Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Paris görüşünün başa çatmasından sonra tərəflər bütün danışıqlar prosesi ərzində ilk dəfə “xalqları sülhə hazırlamağ”ın vacibliyi barədə əminliklərini ifadə etdilər.
Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini və Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu formulu müsbət qarşıladı.
Ukraynalı hərbi ekspert, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat İdarəsinin keçmiş zabiti Oleq Jdanov Ermənistanın İran və Azərbaycandan Avropaya neft nəqli üçün Qara dəniz-Gürcüstan-Ermənistan neft dəhlizinə daxil olmağa çalışdığını bildirib.
Bu koridorun təşkilatçı kimi Fransa çıxış edir. Bunun üçün Fransa ABŞ və Rusiyanı aldadaraq, Gürcüstanda keçirilən seçkilərdə qələbə qazanıb.
“Makronun gəlişi ilə Fransa AB-də liderliyi əlinə keçirmək üçün özünün yeni, imperialist oyununu başladıb. Əslində, Avropa karbohidrogen bazarının yenidən bölüşdürülməsinə başlayır. Azərbaycan nefti Fransa üçün ABŞ-ın sanksiyalarından yayınaraq İran neftinin bazar qiymətlərindən aşağı qiymətə tədarük edilməsi vasitəsidir”, - ekspert bildirib.
Onun sözlərinə görə, Dağlıq Qarabağla bağlı həllin mümkün qədər gecikdirilməsi və Bakını qeyri-müəyyən vədlər qarşılığında daha az mənfəət əldə etməyə məcbur etmək üçün çalışmalar davam edəcək. Rusiyanın mövqeyinə gəldikdə isə Putin öz payını saxlamağa çalışacaq. Belə ki, Fransanın layihəsi Rusiya ərazisindən yan keçir, buna görə də Kreml bütün iştirakçıları əmin etməyə çalışır ki, Ermənistandakı vəziyyətə nəzarət edir və Rusiya olmadan bu məsələ baş tuta bilməz.
“Bax, burada Azərbaycan rəhbərliyi nəyin daha vacib olduğunu müəyyən etməlidir: Qarabağ olmadan iqtisadi mənfəət, ya da 1991-ci il sərhədlərinin bərpası ilə milli maraqlar. Bu məsələlərin həllində Türkiyə də əhəmiyyətli rol oynaya bilər. Hər şey Bakı və Ankaranın birbaşa razılığından asılıdır. Yeri gəlmişkən daha bir amil mövcuddur: Putin niyə Ərdoğanı rahat buraxmır və onu öz təfərinə çəkməyə çalışır?” - Jdanov bildirib.
Ekspertin fikrincə, hadisələrin bu cür inkişafı şəraitində hərbi fəaliyyətlərdən qaçmaq getdikcə çətinləşir. Nə Rusiya, nə də Ermənistan xüsusən ərazi məsələsində geri addım atmaq istəyir. Maraqların münaqişəsi isə ona gətirib çıxaracaq ki, Azərbaycan seçim qarşısında qalacaq: ya maliyyə, ya da milli maraqlar.
Ekspert işğalın aradan qaldırılmasından sonra sosial-iqtisadi inkişaf, ya da bütün nəticələri ilə birlikdə hərbi məğlubiyyət seçimi qarşısında qalan Ermənistanın yeni rəhbərliyinin siyasəti barədə kifayət qədər optimist fikirlər səsləndirib.
“Hər şey Paşinyanın özünü Putindən nə qədər azad hiss etməsindən asılıdır. Parisə səfəri zamanı diaspor ona üç gün ərzində qulluq edib. Pul hər şeydən üstündür, demək, ilk növbədə iqtisadiyyat dayanır. Düşünürəm ki, Paşinyan qazanmaq üçün riskə gedəcək”, - Jdanov bildirib.(axar)
Şərhlər