Hüquq müdafiəçiləri Mger Yegiazaryanın ölümünə reaksiya verdilər

28.01.2019 17:46     Siyasi reaksiya     1260

Reaksiya.az xəbər verir ki, dünən Ermənistanda həbsxanada 52 gün aclıq etdikdən sonra “Erməni Qartalları: Vahid Ermənistan” partiyasının sədr müavini, siyasi məhbus Mger Yegiazaryan  ölüb. Bununla bağlı azərbaycanlı hüquq müdafiəçiləri  birgə  məlumat yayıblar.  Hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı bu hadisəni pisləyib, heç bir beynəlxalq təşkilatın onunla maraqlanmadığını bilidirərək, antidemokratik bir hərəkət olduğunu qeyd ediblər. Vurğulayıblar ki, Azərbaycandakı siyasi məhbuslarla bağlı hər zaman barışmaz mövqedən çıxış edən həmin beynəlxalq təşkilatlar niyə Ermənistanla bağlı da eyni mövqedən çıxış etmir, bu məsələdə də ikili standartlarla yanaşırlar.

Arzu Qocaoğlu

Reaksiya.az

Şərhlər