İlham Əliyev səfiri geri çağırdı, yeni vəzifə verdi

20.02.2019 14:15     Siyasi reaksiya     919

Prezident İlham Əliyev “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaradılması haqqında” fərmana dəyişiklik edib.

Dövlət başçısının imzaladığı fərmana əsasən, müəyyən edilib ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (bundan sonra – Mərkəz) dünyada və regionda baş verən prosesləri təhlil edən, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparan, bu məsələlərə dair ölkəmizin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak edən, Azərbaycanın dövlət orqanlarını elmi-təhlili materiallarla təmin edən publik hüquqi şəxsdir.

 

Mərkəzə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirəcək. 

Prezident İlham Əliyev digər sərəncamı ilə Fərid Rauf oğlu Şəfiyevi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin  edib.

F.Şəfiyev dövlət başçısının daha bir sərəncamı ilə bundan əvvəl tutduğu Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.(azərtac)

Reaksiya.az

Şərhlər