Ukrayna Xarici İşlər Nazirliyi bəyənat yayıb

11.08.2015 18:54     Siyasi reaksiya     2179

Ukrayna Xarici İşlər Nazirliyi Donbasdakı vəziyyətin eskalasiyasına dair bəyanat yayıb. Bu barədə Reaksiya.az - a Ukraynanın Azərbaycandakı səfirliyindən məlumat veriblər. Bəyənatda deyilir: “Antiıterror əməliyyatı qüvvələrinin mövqelərinin Rusiyanın dəstəklədiyi döyüşcülər tərəfindən provakasiya, atəşə tutma halları və məqsədyönlü hücumların intensivləşdiyini qeyd edir.Yalnız son bir neçə gün ərzində həm Ukrayna bölmələrin mövqelərinin, həm də mülki obyektlərin atəşə tutma halları əhəmiyyətli dərəcədə artmışdır. 10 avqust tarixində Staroiqnatovka yaşayış məntəqəsi istiqamətində ağır zirehli texnika, tank və BTR-lərlə batalyon taktik qrupuna qədər baş vermiş hücum vəziyyətin bundan sonra eskalasiya olacağına həyəcanlı bir işarədir.

Rusiya-terror ordusunun atəşləri, hücum xarakterli hərəkətləri, ATƏT-in Xüsusi monitorinq missiyasının müşahidəçilərini hədələməsi – bunların hamısı Minsk razılaşmalarının pozulması üçün şüurlu olaraq seçilmiş təhlükəli bir hərəkət xəttidir.

Ukrayna Prezidentinin tapşırğına əsasən Ukrayna XİN təcili olaraq ATƏT-in Qüvvədə olan sədrini, Normand formantının üzv-dövlətlərini, AŞ və NATO-nu Donbasdakı vəziyyətin gərginləşməsi və sülh yolu ilə nizama salınma planının pozulması təhlükəsi barədə məlumatlandıracaqdır. Biz həmçinin, ATƏT-in XMM ilə daimi əlaqədəyik və missiyanın öz mandatını yerinə yetirməsi üçün köməklik edirik.

Rusiya tərəfi bütün Avropa qitəsində sülh və sabitliyinə təhlükə yaradan, Ukraynanı viran edən və ölüm gətirən hərəkətlərini dayandırmaq üçün təcili tədbirlər görməlidir”.

Şərhlər

Çox oxunanlar