Tehrandan “Qarabağ Ermənistanındır” şüarına AÇIQLAMA: “İstəmirik ki…”

04.03.2019 17:38     Siyasi reaksiya     804

İran Tehranın Ermənistan və Azərbaycanla münasibətlərini Dağlıq Qarabağ münaqişəsi ilə əlaqələndirmək istəmir.

Bunu “Mehr” agentliyinə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Kasemi bildirib.

Kasemi bu səbəbdən Ermənistan Baş naziri Nikol Paşinyanın Tehrana son səfəri və burada keçirdiyi görüşlərdə qondarma Qarabağ respublikasının bayrağının qaldırılmasına münasibətini açıqlayıb:

“İranın qonşuları haqqında mövqeyi aydındır, qonşularımızla münasibətlərin normal məcrada saxlanılması xarici siyasətimizin prioritetləri arasındadır. İran qonşuları ilə qarşılıqlı hörmət əsasında münasibətlərin saxlanılmasında maraqlıdır”.

Qeyd edək ki, Nikol Paşinyanın Tehranda “Ararat” klubunda keçirdiyi görüşdə “DQR”-in bayrağı qaldırılıb və “Qarabağ Ermənistan torpağıdır, vəssalam” şüarı səsləndirilib.

Bu və onun İranın dini lideri Əli Xameneyi ilə keçirdiyi görüş Azərbaycan Respublikası və Güney Azərbaycanda etirazlara səbəb olub.(teleqraf)

Reaksiya.az

Şərhlər