“Azərbaycan işğalçının işini 3 günə bitirə bilər” - Moskvadan ermənilərə siqnal, Bakıdan mesaj

15.03.2019 12:42     Siyasi reaksiya     1026

Torpaqlarımızı işğaldan azad etməyin zamanı yetişib; danışıqlar xətrinə danışıq dövrü bitir; “Hərb, yoxsa sülh” dilemmasını çözə bilməyən İrəvana son ismarışlar... 

Bu gün - martın 15-də Azərbaycan Silahlı Qüvvələrinin 5 günlük genişmiqyaslı təlimləri başa çatır. Xatırladaq ki, təlimlərə 10 min nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəşi sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Təlimlərdə qoşunlar hücum əməliyyatının hazırlanması, şərti düşmənə bir neçə istiqamətdə zərbə vurulması, onun müdafiəsinin yarılması və qruplaşmalarının darmadağın edilməsi, eləcə də düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərə raket-artilleriya zərbələrinin endirilməsi tapşırıqlarını yerinə yetirb. Eyni zamanda təlim mərkəzləri və ümumqoşun poliqonlarında müasir silah sistemləri və vasitələrinin tətbiqi ilə döyüş atışları, o cümlədən raket buraxılışları praktiki icra olunub. Yeni müasir silahlar, o cümlədən Belarusdan alınan “Polonez” yaylım zenit-raket sistemlər uğurla sınaqdan çıxarılıb.

*****

Əksər hərbi və siyasi təhlilçilərə görə, Azərbaycanın budəfəki təlimləri daha çox “format dəyişikliyi” tələbi ilə işğal rejimini uzatmağa, sülh danışıqlarını bombalamağa çalışan Ermənistana sərt xəbərdarlıqdır. O anlamda ki, konstruktiv danışıqların alternativinin işğalçı tərəf üçün qəfil və dağıdıcı müharibə olacağını baş nazi Nikol Paşinyan və komandası aydın dərk etməlidir.

Картинки по запросу VII Qlobal Bakı Forumunda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev

Yeri gəlmişkən, dünən Bakıda keçirilən VII Qlobal Bakı Forumunda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev bir daha Ermənistan rəhbərliyini sələflərinin yolu ilə getməməyə və Qarabağ məsələsində konstruktiv mövqe tutmağa çağırıb.

Prezident bu xüsusda deyib: “Ermənistan hökuməti danışıqların formatını dəyişməyə cəhd edir. Bu qəbuledilməzdir və konfliktin nizamlanmasına dair danışıqlar prosesini bloklamaq cəhddir”. İlham Əliyev Avropa Birliyinin yüksək çinli rəsmlərinin, habelə ATƏT-in Minsk Qrupu həmsədrlərinin də danışıqların formatını dəyişdirməyin əleyhinə çıxdıqlarını diqqətə çatdırıb.

“Danışıqlar məhsuldar olmalı, danışıq xətrinə danışıq olmamalıdır. Bu danışıqlar Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə gətirməlidir” deyən ölkə başçısı status-kvonun qəbuledilməz olduğunu və beynəlxalq birliyin və vasitəçilərin də eyni mövqedə olduğunu vurğulayıb: “Biz bu mövqeyi dəstəkləyir və hesab edirik ki, status-kvo dəyişməlidir. Bundan ötrü də Ermənistan öz qoşunlarını işğal elədiyi Azərbaycan ərazilərindən çıxarmalıdır”.

İlham Əliyev bir daha xatırladıb k, Qarabağ münaqişəsinin nizamlanması yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində mümkündür. “Bütün nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və konfliktin bu prinsip əsasında nizamlanmasından çıxış edirlər”, - deyə o bildirib.

*****

Bu, əslinə qalsa, rəsmi Bakının son vaxtlar “Hərb, yoxsa sülh” dilemması ilə üz-üzə qalan İrəvana daha bir ciddi xəbərdarlığı, lap dəqiqi, son ismarışıdır.

Картинки по запросу ermənistan təhlükəsizlik şurası Paşinyan

“Yeni Müsavat”ın məlumatına görə, görünür, Bakının əsaslı və sərt ritorikasının nəticəsidir ki, Qarabağdakı separatçı və qanunsuz rejimin qondarma prezidentinin “aparat rəhbərinin müavini” David Babayan 1 in.am portalına müsahibəsi zamanı “Belə çıxır, Strepanakert (Xankəndi - ”YM") Paşinyanın Əliyevlə görüşünə etiraz etməyəcək?" sualına bu cür cavab verib: “Məsələ heç də onda deyil ki, Stepanakert (Xankəndi - ”YM") lehinə, yoxsa əleyhinədir. Biz niyə əleyhinə olmalıyıq ki? Biz danışıqların davam etdirilməsinin və “Ana-Ermənistan”la aparılmasının necə əleyhinə ola bilərik? Məgər biz “Ana-Ermənistan”a etibar eləmirik?"

Ancaq Azərbaycan daha danışıq xətrinə danışıq aparmağa hazırlaşmır. Prezidentin vurğuladığı kimi, bu danışıqlar nəhayət ki, qanuni torpaqlarımızın azad edilməsinə gətirməlidir - ya sülh danışıqları ilə, ya da güc tətbiqi hesabına. Müstəqil hərbi ekspertlərin də etiraf elədiyi kimi, ordumuz bu missiyanı yerinə yetirməyə tam hazır vəziyyətdədir.       

***** 

Картинки по запросу İqor Korotçenko

“Son illərdə Azərbaycan hərbi imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Bu, ilk növbədə ordunun müasir hərbi texnika, radioelektron mübarizə vasitələri, pilotsuz uçuş aparatları, bir sözlə, müasir ordunun görünüşünü müəyyən edən bütün komplekslərlə təmin olunması ilə izah edilir”. Bu barədə rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko CBC telekanalına müsahibəsi zamanı danışıb (axar.az).

Onun sözlərinə görə, bu baxımdan Azərbaycan Silahlı Qüvvələrinin bu gün apardığı böyük hərbi manevrlər ölkənin milli maraqlarını müdafiə etməyə hazır olduğunu bir daha nümayiş etdirmək, mövcud təhdid altında silahlı qüvvələrin hərəkətlərini uyğunlaşdırmaq, Azərbaycan Silahlı Qüvvələrinin postsovet məkanında ən yaxşı ordulardan biri kimi yüksək beynəlxalq nüfuzunu bir daha təsdiqləmək üçün nəzərdə tutulub.

Beynəlxalq münaqişələr üzrə digər rus ekspert Yevgeni Mixaylov isə Azərbaycanın genişmiqyaslı hərbi təlimlər keçirməsinin təəccüblü hal olmadığını qeyd edib. “Bu təlimlər ilk növbədə Azərbaycan Silahlı Qüvvələrinin effektivliyini, döyüş qabiliyyətini göstərmək, bütün hissələrin qarşılıqlı fəaliyyətini yoxlamaq üçün nəzərdə tutulub. Bu hərbi manevrlərin bir sıra ekspertlərin fikrincə, hücum təlimləri kimi görünməsi məsələsi isə təəccüblü deyil. Şəxsən mənim fikrimcə, Azərbaycanla Ermənistan arasında danışıqlar dövrü başa çatır. İrəvan bu baxımdan çox gərgindir, çünki hazırda Azərbaycanın bu qədər güclü olması və ”yazıq" Ermənistana hücum etmək istəməsindən narahatdır. İrəvanın hətta qısa hərbi toqquşmalar şəraitində belə işğal edilmiş əraziləri saxlamaq şansı yoxdur. Azərbaycan sadəcə bir neçə gün ərzində ərazilərini hərb yolu ilə qaytarmağa qadirdir", - Mixaylov bildirib.

Bizcə, əlavə şərhə lüzum qalmır...

Reaksiya.az

Şərhlər