"NİYƏ ERMƏNİSTAN VƏTƏNDAŞI AZƏRBAYCAN ƏRAZİSİNDƏ XİDMƏT KEÇİR?” - MƏMMƏDYAROV ERMƏNİ JURNALİSTİ YERİNDƏ OTURTDU
05.04.2019 14:27 Siyasi reaksiya 916
Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclasında iştirak etmiş xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldən MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Moskvaya uçarkən təyyarədə ayaqüstü erməni jurnalistlərinin suallarını cavablandırıb.
ONA-nın məlumatına görə, jurnalist "Niyə siz sülh barədə danışırsınız lakin fəaliyyətiniz əksini göstərir,” sualına belə cavab verib: "Cavab çox sadədir. Mənim ölkəmin ərazisi erməni əsgərləri tərəfindən işğal olunub. Niyə Ermənistan vətəndaşı Azərbaycan ərazisində xidmət keçir?”
Erməni jurnalist daha sonra Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu iddia edib.
"Bəs, niyə oranın adı Qarabağdır? Bu, Azərbaycan sözüdür”,- deyə nazir cavab verib və bu sözün rus dilində "Черный сад” olduğunu açıqlayıb.
Elmar Məmmədyarov həmçinin digər jurnalistin 2016-cı il aprel döyüşləri barədə sualını cavablandırıb.
"Bu, bir daha göstərdi ki, sülh bu regiona hələ gəlməyib. Ona görə də biz həmişə deyirik ki, ordular geri çəkilməlidir. Bu, sülh yolu ilə həllə nail olmağın yeganə yoludur. Sülh yolu ilə nizamlanmanın yeganə problemi hərbiçilərdir. Konkret bu halda Ermənistan ordusunun Azərbaycanda ərazisindən geri çəkilməsi tamamilə fərqli mühit yarada bilər. Bu, hər iki xalqa sülh şəraitində yaşamaq imkanı yaradır”
Şərhlər