Prezident: “Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın prinsipial mövqeyində heç bir dəyişiklik yoxdur”
05.04.2019 14:33 Siyasi reaksiya 778
“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın prinsipial mövqeyində heç bir dəyişiklik yoxdur”.
ONA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev Bakının Kürdəxanı qəsəbəsində məcburi köçkünlərlə görüşdə deyib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində, həmçinin beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır.
“Tarixi ədalət də Azərbaycanın tərəfindədir”, - deyən dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ və digər işğal edilmiş torpaqlar bizim əzəli torpağımızdır, həm də beynəlxalq hüquq bizim mövqeyimizin dəstəkləyir.
Şərhlər