Tonoyan geri addım atdı: Müharibə istəmirik
08.04.2019 12:45 Siyasi reaksiya 918
Biz müharibə arzulamırıq.
Bu barədə Ermənistanın müdafiə naziri David Tonoyan jurnalistlərə verdiyi açıqlamada bildirib.
“Azərbaycanın hərbi-siyasi rəhbərliyi ordunu sülhə hazırlamalıdır”, - deyə Tonoyan əlavə edib.
“Hərbi əməliyyatları düşmənin ərazisinə köçürmək üçün hücum bölmələrinin sayını artıracağıq”, - deyə nazir bildirmişdi.
Azərbaycanın müdafiə naziri Zakir Həsənov bu sözlərə reaksiya verərək Ermənistanın hücuma keçməsini arzuladıqlarını qeyd eləmişdi:
“Hesab edirəm ki, Tonoyan hərbçi deyil. O, rəhbərlik etdiyi ordusunun imkanlarından xəbərsizdir. Tonoyan bu sözləri Nyu-Yorkda - erməni lobbisinin qarşısında deyib. Oraya pul dilənməyə getmişdi. Bu gün Ermənistan ordusunun Azərbaycana hücum etməsi üçün nə iqtisadi imkanı, nə silahı, nə şəxsi heyəti, nə də digər imkanları var”.
Şərhlər