"Həm havadan, həm qurudan vurarıq"
12.08.2015 10:46 Siyasi reaksiya 1682
Türkiyənin baş naziri Əhməd Davudoğlu BBC-yə müsahibə verib.
Reaksiya.az xəbər verir ki, baş nazir Türkiyənin Suriyada təhlükəsiz zona yaradılması üçün əsgər göndərib göndərməyəcəklərini açıqlayıb: “Məncə bu anda kimsə bölgəyə əsgər göndərmək istəmir. Əgər Suriyadakı mötədil qüvvələr kifayət qədər qüvvətli olarsa Türkiyə, o cümlədən, digər ölkələrin əsgər göndərməsinə ehtiyac olmaz".
Aparıcının Suriya müxalifləri zəifdir deməyinə qarşılıq olaraq baş nazir “Elə buna görə də onları gücləndirməliyik” deyə cavab verib.
Əhməd Davudoğlu Türkiyənin Suriyaya əsgər göndərmə ehtimalını da istisna etmədiklərini bildirib: "Türkiyənin maraqlarına, ölkəmizə qarşı bir təhdid varsa, kim hücum edirsə etsin təbii ki, bütün gücümüzü istifadə edəcəyik. Türkiyəyə hücum edənləri cəzalandırmaq üçün həm hava, həm də quru qoşunları qüvvələrimizdən istifadə edəcəyik".
Şərhlər