Putin Papa ilə görüşür

05.06.2015 14:18     Siyasi reaksiya     1209

Ukrayna üçün Vatikan nə deyəcək?

10 iyun 2015 – ci il çərşənbə günü, bütün dünyanın maraqla izləyəcəyi bir  görüş baş tutacaq. Bu tarixdə “Expo 2015” sərgisində iştirak etmək üçün İtaliyanın Milano şəhərinə gedəcək Putin, eyni gün Vatikana keçib Papa Fransis ilə görüşəcək. “RİA Novosti” xəbər agentliyinə açıqlama verən Vatikan mətbuat xidmətinin sədr müai Ata Ciro Benedettini, Putin ilə Papa arasında keçirilməsi gözlənilən görüşü təsdiq edib. Putin Papanı daha əvvəl 2013 – cü ildə ziyarət edib, 2014-cü ilin noyabrında isə Krımın Rusiyaya ilhaqı ilə beynəlxalq tarazlıqları sarsıdan siyasi böhran başlamışdı. Çərşənbə günü keçiriləcək zirvədə xüsusilə Papanın Ukraynada yaşananlarla bağlı nə deyəcəyi maraqla gözlənilir. Bu günə kimi, Ukraynalı katoliklərdən gələn çağırışlara baxmayaraq, birbaşa Rusiyanı hədəf alan açıqlayan Papa xristianların bir-birlərini öldürmələrindən duyduğu üzüntüsünü dilə gətirmiş və tərəfləri sülhə çağırmışdı. AFP agentliyi, Ukraynada yaşananlardan Rusiyanın rolu haqqında açıqca danışması üçün həm Ukraynadan, həm də Qərb dairələrin Papaya basqının artdığını ifadə edən bir xəbər analizi keçib.

Şərhlər

Çox oxunanlar