Novruz Məmmədovdan etiraf: “İlham Əliyevə dedim ki..."
09.09.2019 11:28 Siyasi reaksiya 796
"Azərbaycanın Baş naziri olmaq təklifi mənim üçün də gözlənilməz oldu”.
Bu sözləri Baş nazir Novruz Məmmədov "Space” telekanalına yayımlanan "Sadə həqiqətlər" verlişində açıqlamasında bildirib.
N.Məmmədov vurğulayıb ki, Azərbaycanda son prezident seçkilərindən sonra ona Baş nazir postu təklif edilib: "Hamımız çox razılıq, mənunluq içərisində idik. Seçkilər çox gözəl keçdi. Cənab prezident çağırıb dedi ki, səni Baş nazir olmağı təklif edirəm. Elə vəziyətdə qaldım ki... Fikirləşdim, bu mümkün olan şey deyil!
Cənab prezidentə dedim ki, Baş nazir olmağı mən bacarmaram... Hə, bunu dedim cənab prezident İlham Əliyevə. Dedim ki, sizin etimadınızı doğrulda bilmərəm. Mənim üçün bu çətin olar. Dedi ki, yox. Mənim bir neçə namizədim var. Onlardan biri sənsən. Düzü bu söz mənə biraz rahat oldu ki, məndən başqa da namizədlər var.
Ondan sonra bir dəfə də belə söhbətimiz (red: prezident İlham Əliyevlə) oldu. Onda da eyni təklifi etdi. Dedi ki, get fikirləş!? Sonra fikirləşirdim ki, bu vəzifənin öhdəsindən necə gələcəyəm?
Bunu fikirləşə-fikirləşə bir neçə gün keçdi. Zəng etdi (red: prezident İlham Əliyev) dedi ki, Novruz Məmmədov sabah gedirsən Milli Məclisə...
Daha heç bir şey fikirləşməyə (red: prezident İlham Əliyev) qoymadı (Gülür). Başa düşürəm bu vəzifə böyük etimaddır. Amma, mənim yükümü daha da çoxaldıb”.
Şərhlər