Ukrayna XİN: Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkiləri" tanımırıq
12.09.2019 16:36 Siyasi reaksiya 1080
Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “yerli özünüidarəetmə seçkilərini” tanımır və bunu qanunsuz hesab edir.
APA-nın xəbərinə görə, bu barədə Ukrayna XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sözügedən “seçkilər” Azərbaycan Konstitusiyasını, beynəlxalq hüququn norma və prinsiplərini pozur və hüquqi cəhətdən etibarsızdır.
“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ukraynanın mövqeyi dəyişməz olaraq qalır. Bizim mövqeyimiz beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz dəstək olmaqdan ibarətdir”, - məlumatda qeyd olunub.
Şərhlər