Novruz Məmmədov istefa ərizəsini Prezidentə təqdim edib
08.10.2019 12:15 Siyasi reaksiya 860
Milli Məclisin bu gün keçirilən iclasında Əli Əsədovun Baş nazir təyin edilməsinə razılıq verilməsi məsələsi müzakirəyə çıxarılıb.
Milli Məclis sədri Oqtay Əsədov bildirib ki, Baş nazir Novruz Məmmədov vəzifəsindən azad edilməsi üçün Prezident İlham Əliyevə ərizə ilə müraciət edib.
Spiker N.Məmmədova can sağlığı arzulayıb.
Qeyd edək ki, Ə.Əsədov Prezidentin iqtisadi məsələlər üzrə köməkçisidir.
Buna qədər isə Baş nazir Novruz Məmmədov idi. N.Məmmədov bu vəzifəyə 2018-ci ilin aprel ayında keçirilən seçkilərdən sonra təyin olunmuşdu.
Şərhlər