İrəvandan Məmmədyarovun çıxışına qəribə reaksiya

13.11.2019 16:39     Siyasi reaksiya     900

Azərbaycanla Ermənistan hazırda hansısa konkret sənədi müzakirə etmir.

Axar.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Anna Naqdalyan deyib. O, Dağlıq Qarabağın həlliylə bağlı sülh prosesinin “heç bir fərq olmadan” irəlilədiyini bildirib.

Qeyd edək ki, bundan öncə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Ermənistanla danışıqlarda irəliləyişlərin olduğunu bildirmişdi.

“Biz istəyərdik ki, daha konkret məsələləri müzakirə edək. Əslində, tərəflər arasında konkret danışıqlara keçmək barədə razılıq var. Bu da mənim sevdiyim tərzdir. Ümidimiz var ki, dekabrın əvvəlində Bratislavada baş tutacaq görüşdə bunu dəqiqləşdirək. Onda məlum olacaq ki, Ermənistan substantiv danışıqlara hazırdır, ya yox? Çünki sənədlər artıq masanın üzərindədir”, - Məmmədyarov bildirmişdi.

Reaksiya.az

Şərhlər