Azərbaycanda özəl məhkəmə ekspertizası institutu yaradıla bilər

19.11.2019 13:31     Siyasi reaksiya     865

Prezident İlham Əliyevin məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında imzaladığı fərmanının icrası ilə bağlı gələcəkdə də yeni böyük paket qanunların təqdim olunması nəzərdə tutulur.

Trend-in xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanununa dəyişikliklərin müzakirəsi zamanı deyib.

O bildirib ki, dəyişiklik layihələrinin qəbul edilməsi özəl məhkəmə ekspertizası institutunun yaradılmasına rəvac verəcək.

Komitə sədrinin sözlərinə görə, proses iştirakçılarına da alternativ ekspert rəyi almaq üçün səlahiyyət verilir: "Həm təcrübəli özəl mütəxəssislərin cəlb edilməsi yolu ilə, həm də bu sahədə rəqabətin yaranması səbəbindən məhkəmə ekspertizasının keyfiyyətinin yaxşılaşdırılması gözlənilir. Məhkəmə ekspertizasının keçirilməsi müddətinin dəqiqləşdirilməsi nəticəsində bəzi kateqoriyalı işlərə baxılma müddəti də azalacaq”.

Reaksiya.az

Şərhlər