Qarayaxma kampaniyası ilə heç nəyə nail olmayacaqlar...

05.06.2015 16:53     Siyasi reaksiya     1194

 “Meydan Tv” – nin yaydığı xəbərə görə, Alman Olimpiya Komitəsinin idarə heyətinin sədri Michael Vesper BMT-nin xüsusi məruzəçisinin bu addımını alqışlayaraq, olimpiya oyunlarının azadlıq və bərabərlik ruhunu bayram etmək çağırışına qoşulur. Və Avropa Oyunlarının da məhz bu cür dəyərlərin qorunması üçün bir vasitə olduğunu qeyd edir.

İnsan haqları ilə bağlı vəziyyət AOK-nı narahat edir: “Əlbəttə ki, biz Azərbaycanda insan hüquqları uğrunda mübarizə aparan insanlarla həmrəyik” - deyə Vesper bildirib.

Alman Olimpiya Komitəsinin idarə heyətinin sədri əlavə edib: "Əlbəttə ki, insan haqları və media azadlığını dəstəkləyirik və biz hər iki məsələni Azərbaycanda müzakirə edəcəyik".
 

Məsələyə münasibət bildirən “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli bildirib ki, ilk öncə bu məsələni araşdırmaq lazımdır: “Çünki, “Meydan tv” – nin dəfələrlə verdiyi xəbərlər səhv çıxıb. Konkret olaraq, bundan əvvəl İsveç Olimpiya Komitəsinin sədrinin adından verilən açıqlamanı İsveç rəsmən təkzib etmişdi. Bu baxımdan, “Meydan Tv” – ni etibarlı mənbə oldmadığı üçün bu haqda fikir bildirmək istəmirəm. Məsələ tam dəqiqləşdirməmiş bu məsələyə münasibət bildirməyi doğru saymıram. Bir ölkənin Olimpiya Komitəsi səviyyəsində belə bir açıqlamanın verilməsi absurddur və bu gələcəkdə Almaniya – Azərbaycan münasibətlərinə ciddi təsir edə bilər. O baxımdan belə açıqlamalara münasibət bildirərkən bir qədər səbrli olmaq lazımdır.

Amma bir məsələ də var ki, Almaniyadaki bəzi qüvvələr, konkret Avropa Parlamentində yer alan Avstriyalı və Almaniyalı bəzi parlamentarilər, xüsusən də yaşıllar və solçular Azərbaycana qarşı ortaq mövqedən çıxış edirlər. Bu qüvvələr Almaniya bundesliqasında da kifayət qədər aktivdirlər. Amma bütün bu kimi hallara baxmayaraq, Azərbaycan I Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək və bütün dünya da bunun şahidi olacaq”.
 

“REQ” – in rəhbəri, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə məsələyə münasibət bildirərkən qeyd edib ki, bu tip yanaşmalar Avropadakı bəzi ermənipərəst qüvvələrin mövqeyini əks etdirir: “Belə qüvvələr bütün hallarda ölkəmizin uğurlarına sevinmir, ona daim qara yaxmağa çalışırlar. Çünki içlərində daim bir paxıllıq hissi var. Bilirlər ki, dövlətimiz bir neçə belə tədbirləri keçirməyə qadirdir. Anoloji qarayaxma kampaniyaları Eurovision yarışması zamanı da yaşanmışdı. Amma onlar yanılırlar. Qarayaxma kampaniyası ilə heç nəyə nail ola bilməyəcəklər”.
 

“Bakı xəbər” qəzetinin baş redaktoru, "Bakı 2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasının koordinatoru Aydın Quliyev hesab edir ki, bu cür yanaşma nə dövlətlərarası sağlam münasibətlərin məntiqinə və perspektivinə, nə olimpiya oyunların beynəlxalq xartiyalarına uyğun gəlmir: “Çox təəssüf doğurucu bir haldır. Bu yanaşmada Avropa oyunlarına, ümumiyyətlə beynəlxalq idman tədbirinə bir siyasiləşmiş yanaşma var. İnsan hüquqları, siyasi məhbuslar, medianın vəziyyəti tamam ayrı bir mövzunun müzakirəsidir və heç bir halda bunu bir idman tədbiri ilə əlaqələndirmək, bağlamaq və idman tədbiri ilə bağlı şərtlər irəli sürmək qətiyyən yolverilməzdir. Bu yanaşma eyni zamanda Almaniya – Azərbaycan münasibətlərini zədələyir. Ona görə də mən düşünrəm ki, bu yanaşmaya Almaniya rəhbərliyinin özü də bir siyasi qiymət verməlidir”.

 

Zaur QƏRİBOĞLU

Reaksiya.az

Şərhlər

Çox oxunanlar