Prezident korrupsiyaya yol verən icra başçısını vəzifədən azad edib - SƏRƏNCAM
20.12.2019 14:01 Siyasi reaksiya 2435
Prezident İlham Əliyev Nizaməddin Quliyevin Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Nizaməddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.
Qeyd edək ki, Ağstafanın icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov korrupsiya əməllərinə görə DTX-nın keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Şərhlər