Dünya İqtisadi Forumunun saytında Prezident İlham Əliyevin məqaləsi dərc edilib

18.01.2020 16:37     Siyasi reaksiya     1539

Davos Forumu kimi tanınan Dünya İqtisadi Forumunun saytında Azərbaycan Prezidenti İlham Əliyevin məqaləsi dərc edilib.

“Report”un məlumatına görə, dövlət başçısı yanvarın 21-24-də keçiriləcək Dünya İqtisadi Forumunun illik toplantısına yazdığı məqaləsində Azərbaycan iqtisadiyyatının 2007-ci ildən bəri sabit inkişaf trayektoriyası cızdığını, ölkənin özünü Avropa ilə Asiya arasında strateji nəqliyyat mərkəzi kimi mövqe tutduğunu və Azərbaycanın Avropaya təbii qaz ixracını əhəmiyyətli dərəcədə artırmasına imkan verəcək boru kəmərlərinin (TANAP, TAP) inkişafı barədə yazıb.

"2007-ci ildən bəri 14-cü dəfə Davos Forumunda keçiriləcək illik toplantıya qatılmağı planlaşdırıram. Dünya İqtisadi Forumu təkcə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə təqdim etmək üçün yox, həm də qlobal iqtisadi tendensiyalar haqqında hərtərəfli məlumat verən əla platformadır. Bu, bizə sosial-iqtisadi islahatları təşviq etməyə və xarici sərmayə cəlb etməyə yardım göstərir”, - Prezident İlham Əliyev vurğulayıb.

Reaksiya.az

Şərhlər