"Müğənnilərin parlamentdə nə işi var? Bəyəm Milli Məclis xor dərnəyidir?" - Hafiz Hacıyev

22.01.2020 14:56     Siyasi reaksiya     3640

Xəbər verdiyimiz kimi fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Milli Məclisə seçkilərlə əlaqədar 1542 nəfərin namizədliyi qeydə alınıb. Onların arasında Əməkdar artisti Elza Seyidcahan, bir çox mətbuat nümayəndələri və vəkillərində adları var.


Reaksiya.az xəbər verir ki,bununla bağlı Sonxeber.az-a danışan Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bildirib ki, ölkə prezidentinin apardığı uğurlu siyasətin və demokratik islahatların nəticəsidir ki, bu gün parlament seçkilərinə bu qədər maraq var: "Xalqda böyük ruh yüksəkliyi var. Cənab prezidentimiz həm iqtisadi, həm də siyasi cəhətdən çox böyük işlərə imza atır. Təəssüf ki, bu gün hər yoldan keçən parlamentə namizədliyini verib. Amma o insanlar düşünməlidir ki, parlament uşaqlar və təcrübəsizlər yığıncağı deyil.

Parlament ölkə taleyini həll edilməsində mühüm rolu olan qurumdur. Çox təəssüf ki, bir mahnı oxuyub, onu aranjeman edə bilməyənlər, zamanında ulu öndər Heydər Əliyevin şəkilini çıranlar bu gün parlamentə namizədliyini verib. Yeni Azərbaycan Partiyası 30 ildir ki, yaranıb. Təəssüf ki, 30 ildə Yeni Azərbaycan Partiyasının əlehinə işləyən, erməni kəşfiyyatı ilə sıx əlaqədə olan insanlar çalışırlar ki, parlamentə daxil olub, müəyyən dairələrin maraqlarını həyata keçirsinlər. Biz buna imkan verə bilmərik. Heç vaxt icazə verə bilmərəm ki, zamanında ulu öndərin şəkilini cırıb, ermənilərə işləyən birisinin oğlu deputat olsun. Belələrin parlamentə düşməsi Azərbaycan dövlətinə və xalqına hörmətsizlikdir. Ən önəmlisi isə xalqın gələcəyi ilə oynamasıdır. Namizədlər arasında eləsi var ki, vaxtı ilə Əli İnsanovun vəkili olub. Onun Avropa Şurasında bəraət qazanmasında böyük xidmətləri var. Bu da xarici kəşfiyyatın qurduğu oyundur. Biz imkan verə bilmərik cənab prezidentin gördüyü bu qədər işlərə kimsə kölgə salsın. Düşünürəm ki, düşük adamların elə bəri başdan namizədliklərini götürməsi daha məsləhətlidir. Çünki bizim Qarabağ kimi dərdimiz var. Azərbaycanı istəməyən qüvvələr var. Ona görə ölkə rəhbərinin apardığı uğurlu islahatlara dəstək olan insanlar parlamentdə yer tutmalıdır. Artistlərin və müğənnilərin parlamentdə nə işi var. Bəyəm parlament xor dərnəyidir? Parlament oturuşmuş siyasi meydandır. Düşünürəm ki, bəziləri gedib ərizələrini geri götürüb, artistliklərini etsinlər".

Reaksiya.az

Şərhlər

Çox oxunanlar