Litvalı jurnalist: Yanlış müqayisələr apararaq, cəmiyyəti növbəti erməni yalanı ilə aldatmağa cəhd edilib

27.01.2020 13:09     Siyasi reaksiya     3440

Litvanın "slaptai.lt" internet-portalında 20 Yanvar faciəsindən bəhs edən "Tarixçi Alqis Kasperaviçyus nəyi demədi" ("Чего не сказал историк Альгис Касперавичюс") başlıqlı məqalə dərc olunub.

Trend-in məlumatına əsasən, tanınmış litvalı jurnalist İrma Ajuole qələmə aldığı məqaləsində tarixçi Alqis Kasperaviçyusun 30 il əvvəl Bakıda baş vermiş faciəli hadisələr barədə qərəzli və həqiqətdən kənar "Oxşar, lakin fərqli Yanvar. Bakı 1990, Vilnüs 1991" ("Похожие, но разные январи. Баку 1990, Вильнюс 1991") adlı şərhinə etirazını bildirib. Algis Kasperaviçius 20 Yanvar faciəsi ilə Sumqayıt hadisələri arasında qərəzli və yanlış müqayisələr apararaq, cəmiyyəti növbəti erməni yalanı ilə aldatmağa cəhd edib.

Müəllif qeyd edib ki, tarixçinin 1990-cı ildə azərbaycanlıların sıxışdırdığı erməniləri müdafiə etmək üçün sovet ordusunun Bakıya yeridildiyi kimi söylədiyi cəfəng fikir heyrət doğurur. Çünki bu, zorakılığın bəraəti üçün köhnə Kreml nağılının təkrar olunmasından başqa bir şey deyil.

İ.Ajuole vurğulayıb ki, tarixçilər Ermənistan və Dağlıq Qarabağdan əvvəlcə azərbaycanlıların qovulduğunu, azərbaycanlıların erməni torpaqlarına təcavüz etmədiyi, ermənilərin isə Dağlıq Qarabağa iddia etdiyi kimi faktlar haqqında susurlar: "...orada əzəldən azərbaycanlıların da yaşadığını əlavə etməyi unudurlar. Millətlərarası ədavətdən və onu qızışdıranlardan danışarkən, düşünməyə dəyər ki, nə üçün hazırda Azərbaycanda 30 min erməni yaşadığı halda, Ermənistanda bir nəfər də olsun azərbaycanlı yoxdur...".

O, Sumqayıt hadisələrinin təşkilatçılarından birinin milliyyətcə erməni olan Eduard Qriqoryan olduğunu, əslində bu qırğına SSRİ təhlükəsizlik qüvvələrinin başçılıq etdiyinə erməni politoloq Sergey Kurginyanın aydınlıq gətirdiyini xatırladıb.

Sonda müəllif xəbərdarlıq edib ki, Qanlı Yanvar kimi ağrılı mövzuya məsuliyyətsiz şərhlər vermək təhlükəlidir. Çünki belə şərhlər həqiqəti təhrif edir, azərbaycanlıların milli heysiyyatına toxunur, millətlərarası və dövlətlərarası münasibətlərə ziyan vurur.

Məqaləni tam şəkildə bu linkdən oxumaq olar:

https://slaptai.lt/irma-azuole-cego-ne-skazal-istorik-alg/

Reaksiya.az

Şərhlər

Çox oxunanlar