Rus analitik: “Qarabağda hərbi eskalasiya bu mərhələdə həm Rusiya, həm də Türkiyə üçün olduqca arzuolunmazdır”

03.03.2020 12:44     Siyasi reaksiya     1217

“Dağlıq Qarabağ münaqişəsi zonasında hər zaman müharibənin yenidən başlaması təhlükəsi olsa da, münaqişə tərəflərinə qarşı təsirə sahib olan xarici aktorların bu gün Yaxın Şərqdə təsəvvür edilməsi çətin olan böyük problemləri var”.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rus siyasi analitik Fyodor Lukyanov Suriyanın İdlib bölgəsində son həftələrdə inkişaf edən hadisələr və onların Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətə təsirinə toxunarkən bildirib.

Lukyanov qeyd edib ki, ümumiyyətlə, bu mövzuda birmənalı olaraq analizlər aparmaq çətindir.

“Xüsuilə sərhəddəki bu münaqişə halında hər zaman atışmalar olduğu məqamda müharibə ən gözlənilməz anda alovlana bilər, lakin, hesab edirəm, Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi eskalasiya xüsusilə bu mərhələdə həm Rusiya, həm də Türkiyə üçün olduqca arzuolunmaz inkişafdır”, - deyə rus siyasi analitik bildirib.
 

Şərhlər

Çox oxunanlar