Kuznetsov detalları açdı: Moskvadan İrəvana tarixi şillə
06.03.2020 13:36 Siyasi reaksiya 5843
Rusiyalı məşhur tarixçi Oleq Kuznetsov Axar.az-a müsahibəsində ermənilərin Qafqazda nə vaxtdan mövcud olmasından, Rusiyanın Gümrüdəki hərbi bazasının ərazisinə Çar I Nikolayın heykəlinin qoyulmasından danışıb:
- Ermənilər saxtalaşdırmaq bacarıqlarının köməkliyi ilə bütün dünyaya “qədim Qafqaz xalqı” olduqlarını sübut etməyə çalışıblar. Arxiv sənədləri, faktlar və dəlillərlə işləyən bir araşdırmaçı kimi bu haqda nə deyə bilərsiniz? Kimdir bu “qədim” ermənilər və bizim torpaqlarımıza necə gəlib düşüblər?
- Bölgədəki erməni əhalisi iki dini icma ilə təmsil olunurdu: qriqorian və katolik erməniləri. Sonuncuların varlığı XIV əsrin son rübünə təsadüf edir. O dönəmlər şəhərlərdə cizyə yığılması (qeyri-müsəlmanlardan alınan vergi – red.) birmənalı şəkildə onu göstərir ki, şəhər əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edirdi. Bunu rəqəmlər də sübut edir. Məsələn, Gəncədə qriqorian və katolik erməniləri yerli əhalinin cəmi 5-7 faizini təşkil edib.
O dövrlər bir dövlətin ərazisi dağ silsilələri şəklində təbii-coğrafi sərhədlərlə təyin olunurdu. Şimali Qafqazın sərhədlərinə daxil olan torpaqlarda türk-islam qəbilələri və az sayda xristian xalqları yaşayıb.
Ermənilərin Qafqazda mövcudluğu haqda yalnız Batum Sülh konfransından (1918) danışarkən qeyd etmək olar. Ondan əvvəl Ermənistan bir ölkə olaraq bu torpaqlarda mövcud olmayıb. Antik dövrdə “Böyük Ermənistan”ın var olması ilə bağlı deyilənlər isə tamamilə absurd və mənasızdır.
Ermənilər yalnız XX əsrin əvvəllərində daşnakların terror fəaliyyətləri sayəsində özünüidarəetmə cəmiyyətinə çevirdilər. Ermənilərin siyasi tarixi barədə yalnız XIX əsrin son rübündən - dini-mistik baxışlarının etnosiyasətə çevrildiyi dövrdən danışmaq olar.
- Bildiyiniz kimi, bir neçə gün öncə Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci bazasının ərazisində Rusiya çarı I Nikolayın büstü qoyulub. Erməni tarixçiləri bununla Rusiya ilə Türkiyə arasındakı onsuz da mürəkkəb olan münasibətləri qarışdırmağa fürsət tapdılar. Onlar deyirlər ki, guya Kreml bunu Ankaranın ideologiyasına qarşı edib. Ancaq onlar Qafqazdakı erməni birləşməsini yox edən şəxsin I Nikolay olması həqiqətini unutdular. Bu abidənin quraşdırılmasını Rusiyadan ermənilərə “keçmişini unutma!” ismarışı kimi qəbul etmək olarmı?
- Ümumiyyətlə, erməni mətbuatı bu kimi hadisələri fanatiklərinin dəstəyi ilə işıqlandırır. Məlum olduğu kimi, Ermənistanın Gümrü şəhərində yerləşən Rusiya hərbi bazasının ərazisində I Nikolayın abidəsi ucaldıldı. Bu, Rusiyanın Ermənistana sərt cavabı ola bilər.
Ermənilər Qafqazda olduqları dönəmdə yalnız ərazi iddiaları ilə çıxış ediblər. Özü də bütün qonşularına qarşı... Onlar yaddan çıxarmamalıdırlar ki, məhz I Nikolay 1838-ci ildə Ermənistan oblastını yox edib. Bu, ermənilər üçün şillədir.
Şərhlər