İsa Qəmbərin müdafiə naziri olmasını kimlər istəməyib? - sirr pərdəsi...

18.06.2020 13:27     Siyasi reaksiya     2402

1993-cü ilin aprelində prezident Elçibəy ona edilən təklifdən imtina edib və...

4 iyun qiyamının Əbülfəz Elçibəy hakimiyyətinin devrilməsi ilə nəticələndiyi bəllidir. O vaxtdan 27 il keçib, lakin hələ də belə iddialar irəli sürülür ki, qiyamın qarşısının alınması üçün lazım olan bir sıra ciddi addımlar atılmayıb. Məsələn, indiyə qədər bir neçə dəfə belə fikirlər irəli sürülüb ki, Əbülfəz Elçibəy Milli Məclisin sədri İsa Qəmbəri müdafiə naziri təyin etsəydi, bəlkə də nə qiyam olacaqdı, olsaydı da qarşısı alınacaqdı. 

Bəs İsa Qəmbərin özünün belə bir istəyi və hakimiyyətin yuxarı qatında bu barədə müzakirə olubmu?

Elçibəy hakimiyyəti zamanı dövlət katibi və baş nazir olmuş, AXP sədri Pənah Hüseyn bu barədə “Yeni Müsavat”ın sualına cavabında bildirdi ki, sualın cavabını ilk dəfə 1997-ci ildə “7 Gün” qəzetinə, qəzetin əməkdaşı Azər Ayxana müsahibəsində verib. Həmin cavablar bu gün də qüvvəsində qalır, çünki tarixdir, olmuş real faktları açıqlayıb.

Müsahibədə Pənah Hüseyn bildirir ki, 1993-cü ilin ilk aylarında orduya rəhbərlik istiqamətində təxminən Türkiyə və Amerikada olduğu kimi islahatlar aparmaq planı olub: “Müdafiə Nazirliyinə professional hərbçi gətirilməsi məsələsində Dadaş Rzayevin üzərində dayanmalı olduq. O vaxt başqa namizədlər də-Nəcməddin Sadıqov, Nurəddin Sadıqov-var idi. Biz orduya rəhbərlik istiqamətində təxminən Türkiyə və Amerikada olduğu kimi islahatlar aparmaq istəyirdik. Bu islahatların nəticəsində əsas funksiyalar Baş Qərargaha verilməli idi. Nurəddin Sadıqovun müdafiə naziri təyin olunması dediyim islahatla şərtlənirdi. Çünki həmin islahatı Nurəddin Sadıqovun özü hazırlayırdı. İkinci tərəfdən, müdafiə naziri vəzifəsinə başqa namizəd də var idi. Bu namizəd Ali Sovetin o vaxtkı sədri İsa Qəmbər idi. Mən indi də təəssüflənirəm ki, İsa bəy o vaxt müdafiə naziri olmadı”.

Pənah Hüseyn komitə sədri seçildi – Novator.az

Pənah Hüseyn

Sabiq baş nazir bu təklifin İsa Qəmbərin özü tərəfindən gəldiyini də açıqlayıb: “Müdafiə naziri təyin olunması İsa bəyin öz təklifi idi. Həmin dövrdə vəziyyət olduqca ağırlaşmışdı. Aprelin 2-də Kəlbəcər rayonunun işğal olunması və Füzuli ətrafında ağır döyüşlər zamanı İsa Qəmbər təklif etdi ki, o, Ali Sovetin sədri vəzifəsindən getməyə hazırdır. Belə hesab edirdi ki, dövlətin bütün qüvvələrinin müharibəyə səfərbərliyi üçün yüksək nüfuza malik şəxsin Müdafiə Nazirliyinə başçılıq etməsi vəziyyətdən çıxış olardı. Onu da deyim ki, Dadaş Rzayev müdafiə naziri olmağa razı deyildi. Bir neçə saat biz onu dilə tutduq. Dadaş Rzayevin müdafiə naziri olmasında başqa nüans da var, bəlkə də özü bunu bilmir, amma bunu açıqlamıram”.

“Bəs İsa Qəmbərin müdafiə naziri olmağı niyə baş tutmadı” sualına isə P.Hüseyn “Elçibəy belə hesab etdi ki, İsa Qəmbərin Ali Sovetin sədri kimi qalıb işləməsi daha vacibdir” cavabını verib. 

Sabiq baş nazir onu da deyib ki, ordunun formalaşması və hakimiyyətin qorunması baxımından İsa Qəmbərin müdafiə naziri olmasının çox müsbət əhəmiyyəti olardı.

Elçibəy, İsa Qəmbər və Pənah Hüseynə İTTİHAM: “Məğlub olublar ...

Prezident Əbülfəz Elçibəyin İsa Qəmbərin müdafiə naziri olmasına razılaşmamasının arxasında başqa hansı amillərin dayandığı barədə isə P.Hüseyn heç bir fikir bildirməyib.

İsa Qəmbərin müdafiə naziri olmaq istədiyini və bu istəyin prezident Elçibəylə də müzakirə olunduğunu AXC hakimiyyətində dövlət müşaviri işləyən, Müsavat Partiyasının hazırkı başqanı Arif Hacılı da ötən həftə sosial şəbəkədə paylaşdığı yazısında qeyd edib: “Füzuli rayonunda İsa Qəmbərin müdafiə naziri təyin olunması ilə bağlı söhbətdə mən də iştirak etmişəm. Bu söhbət həqiqətən olub. Həmin dövrdə Kəlbəcər işğal olunmuşdu. Füzuli və bir neçə rayonumuz işğal təhlükəsi altında idi. İsa Qəmbərin təklifi əslində bu çətin dövrdə məsuliyyəti üzərinə götürmək, üstün və daha asan parlament sədri vəzifəsindən daha çətin və məsuliyyətli vəzifəyə keçmək təklifi idi.

AXC hakimiyyətinin bir ili: Elçibəy hansı işləri gördü?

Elçibəy bu təklifə qarşı çıxdı. O hesab edirdi ki, parlamentin sədrliyi çox mühüm məsələdir. İsa Qəmbərin bu vəzifədə olması daha vacibdir. Onu əvəz edəcək Milli Məclis üzvü kim ola bilər? Elçibəyi bu sual düşündürürdü".

AXC iqtidarında təmsil olunmuş şəxslərdən biri isə “Yeni Müsavat”ın əməkdaşına deyib ki, o dövrdə hakimiyyətdə yer tutan bəlli bir qruplaşma prezidentə “İsa Qəmbərə silah, ordu versəniz tezliklə sizin kürsünüzdə əyləşəcək” deyə, təsir edə bilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar