"Türkiyə əleyhinə proseslər dərinləşir" - Zahid Oruc

13.08.2015 12:33     Siyasi reaksiya     2539

Xəbər verildiyi kimi, iyulun 14-ü Vyanada İran və "5+1" ölkələri arasında nüvə probleminin həlli ilə bağlı razılaşma əldə olunub. Müqavilənin şərtlərinə əsasən, İranın nüvə obyektlərinin nəzarətə götürməsinə qarşılıq olaraq ölkəyə tətbiq olunan neft, qaz, maliyyə, aviasiya və dəniz nəqliyyatı sahələrindəki sanksiyalar aradan qaldırılıb.  

Lakin dünən ABŞ Dövlət Departamentindən edilən açıqlamada bildirilib ki, bu məsələdə İrana qarşı edilən sanksiyaların hamısının ləğvindən söhbət  getmir.

Məsələ ilə bağlı deputat Zahid Oruc Reaksiya.az-a açıqlamasında deyib ki, bütün bunlar ABŞ-ın Yaxın Şərq və Rusiyadakı maraqları ilə əlaqədardır: “İran İslam dövlətinə qarşı on illərdir davam edən müxtəlif sanskiyalara, ötən ay Vyanada keçirilən görüşdə son verilməsi təsadüfi deyil. Münasibətlərin yumşalmasının bir neçə əsaslı səbəbləri var. Bunlardan birincisi və ən başlıcası, İranın Rusiyanın əsas müttəfiqlərindən biri olmasıdır. Bu əlaqələrə zərbə vurmaq, Rusiyanı iqtisadi cəhətdən çökdürmək üçün İranla münasibətlər düzəlməli idi. Xüsusilə, İran enerji məhsullarının qərb bazarına çıxarılması məqsədilə ilə 10 illər ərzində tətbiq olunmuş sanksiyanı aradan qaldırdılar”.

Zahid Oruc qeyd edib ki,  İranın sözündə duracağına, BMT mütəxəssislərinin  İrana istənilən zaman  nüvə silahı ilə bağlı nəzarət etməyinə icazə verəcəyinə əmin olmaq üçün bu razılaşma ikimərhələli olaraq həyata keçirilib.

"İran doğrudanmı Amerikanın nəzərində ən yüksək demokratiyaya son aylarda nail oldu?" sualına millət vəkili belə cavab verib: "Burada əsas məqsədlərdən biri də Amerikanın İran vasitəsilə Yaxın Şərq regionuna təsir etmək planları ilə bağlıdır.  Məsələlərin  ABŞ-ın İrana qarşı olan münasibətini büsbütün dəyişməyə vadar edib. Hətta, ABŞ İranın müttəfiqlərindən birinə çevirir. Əlbəttə ki, biz bu sanksiyaların aradan qaldırılmasının əleyhinə deyilik və bundan kimsə narahatlığını bildirmir. Lakin İran dogrudanmı Amerikanın nəzərində ən yüksək demokratiyaya son aylarda nail oldu və bəlli məsələləri ortadan qaldırdı? Yox əgər elə deyildisə, onda uzun illərdir tətbiq etdikləri sanksiyaların mənası nədən ibarət idi?”.

Bu qlobal siyasətin adı möhtəkirlikdir

O əlavə edib ki, 1979-cu ildən bu günə qədər İrana qarşı tətbiq edilən sanksiyaların əsas məqsədi İranın demokratik ölkə olmaması , insan hüquqlarının pozulması ilə əlaqələndirilir: "On illərdir davam edən sanksiyaların indi aradan qaldırılmasının arxasında bəzi ölkələrin maraqları dayanır. Bu qlobal siyasətin adı möhtəkirlikdir. Öz maraqlarını  həyata keçirmək üçün gülünc siyasi oyunlardır.  Qarşıdakı dönəmdə İrandakı siyasəti  daha da dərinləşdirib Yaxın Şərq regionundakı  müharibənin tərəfindən birinə çevirməyə çalışacaqlar. Hətta, çox mümkündür ki, İran- Səudiyyə Ərəbistanı arasındakı konflikti də oyada bildirsinlər".

Hazırda beynəlxalq mühitdə İranın yolunun açıldığını bildirən millət vəkili əsas təhlükənin Türkiyə ətrafında döndüyünü bildirib: “Türkiyə əleyhinə proseslər dərinləşir və Türkiyədən Yaxın Şərqin yeni qeyri-sabit ölkəsini yaratmaq istəyirlər". 

Şərhlər

Çox oxunanlar