Türkiyə-Azərbaycan Birliyindən qorxuya düşən “Tehran-İrəvan-Moskva” üçlüyünün hazırladığı terrora çağırış video paylaşımı ilə bağlı - Turan Partiyasının BƏYƏNATI
13.08.2020 20:37 Siyasi reaksiya 6762
Əziz yurddaşlar, sevgili Türk Milləti! Son zamanlar Azərbaycan Türkiyə yaxınlaşması ermənipərəst Tehran və Moskvanın ciddi narahat etməkdədir. Düşmən güclər durmadan bütün vasitələrlə Azərbaycanda xalqı Dövlətə qarşı qaldırmağa can atır və təxribatçı qüvvələri hərəkətə gətirməyə çalışır. Belə bir təxribatçı fəaliyətlərdən biri də bu gün “youtube” internet portalında yayılmış video və onun sosial şəbəkələrdə servis olunmasıdır. Video yayım Azərbaycan gerçəkləri adı altında güya Türk xalqına ünvanlasa da, düşmən güclər çoxsaylı yanlışlıqlar edərək özlərini gizlədə bilməyiblər. Səslənmə Türkiyə türkçəsində olsa da səsin sahibinin erməni, ya da fars olduğu dərhal özünü bəlli edir.
Azərbaycanın dövlət başçısı və ailəsi bu video müraciətdə təhqir edilir. Bütün bunlar saxtakarcasına türkpərəstlik adı altında Türkiyəyə qarşı aparılır. Azərbaycanın dövlət başçısının qərarlı şəkildə irəli sürdüyü Türkiyə ilə birlik siyasətini “rusçuluq” kimi təqdim edərək millətimizi aldatmağa çalışılır. Əsas hədəf Azərbaycanda Türkiyə ordularının və xalqımızın birlik içində olmasından vahimələnərək, qardaş ölkənin guya Azərbaycanda çevriliş hazırladığını deyərək, öz çirkli niyyətlərini açıqlayırlar. Təxribatçı açıqlamada Türkiyənin Azərbaycanda ordunu ələ keçirdikdən sonra hərbi çevriliş edəcəyini deyir. Onlar daha da irəli gedərək Azərbaycanda yaranan və siyasi gücə çevrilən Turan Partiyasının Türkiyə tərəfindən yaradılaraq geniş kütlələrin ayaqlandırılması ilə xalqın üsyanını təşkil edəcəyini deyir. Burada məqsəd İrəvan-Tehran-Moskva üçlüyünün qorxulu röyası olan Turan Partiyasını dövlətin əli ilə susdurmaq, Türkiyə Milli Ordusuna etimadsızlık yaratmaqdır. Təxribatçı açıqlamada İranyönlü partiyaların fəaliyyətinin dayandırılması ürək ağrısı ilə qeyd olunur. .O da bəllidir ki, Turan Partiyasının varlığının qorxusunu yaşayan həmin mərkəzlər öz cinayətlərini Azərbaycanın dövlət başçısının üstünə atmağa çalışacaq: “Turan Partiyası Türkiyənin əli ilə Azərbaycanda siyasi dəyişiklik edə bilməməsi üçün Azərbaycan dövlətinin Cahandar Bayoğluna sui-qəsd təşkil edib öldürə bilər” deyərək iz azdırmağa çalışır.
Əziz yurddaşlar! Bu sərsəm, amma təhlikəli videonu yayınlayan antitürk mərkəzlərinə bildiririk ki, biz Turan Partiyası olaraq Prezident İlham Əliyevin Türkiyəyə və Türk Dünyasına yönəlik səmimi siyasətini bilirik və onun yanındayıq. Siz cənablar terror təşəbbüsünə qalxıb bu çirkin niyyətinizi Prezidentin adına yaza bilməzsiniz. Onu da unutmayın ki, Azərbaycan xalqının içində nə qədər fitnələr törətmək istəsəniz də ona nail ola bilməyəcəksiniz. Can- ciyər olduğunuz “5-ci Kolon”un sonu yaxınlaşdıqca, siz də bitəcəksiniz. Turan Partiyası dövlət və millət bütünlüyünün vacibliyini bilərək Azərbaycan-Türkiyə birliyi yolunda Dövlət başçılarımızın, dövlətimizin yanındadır.
Yaşasın Azərbaycan!
Yaşasın Türkiyə!
Yaşasın Azərbaycan-Türkiyə Andı!
Yaşasın Turan!
Cahandar Bayoğlu
Turan Partiyası G. Başqanı
13/08/2020. Bakı şəhəri
Şərhlər