İqbal Ağazadə: "Ramin Quluzadəyə 10 gün vaxt verirəm, əks halda..." - VİDEO

08.09.2020 23:11     Siyasi reaksiya     2380

Ümid Partiyasının sədri İqbal Ağazadə ölkənin 134 tezliyinin Ermənistan tərəfinə verilməsi ilə bağlı Nəqliyyət, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə qarşı iddia səsləndirərək, 10 gün müddətinə açıqlama verməsə, sənədləri mətbuata təqdim edəcəyini bildirib.

Reaksiya.az xəbər verir ki, o, bu barədə Reaksiya TV-nin efirində, jurnalist Zaur Qəriboğlunun müəllifi olduğu "Siyasi reaksiya" verilişinin CANLI YAYIM buraxılışında deyib.

"134 tezliyinin Ermənistan tərəfinə verilməsi ilə bağlı Nəqliyyət, Rabitə və Yüksək Texnologiyalar nazirliyinə müraciət etmişəm, lakin, bu günə qədər müraciətimə cavab verən olmayıb. Burdan Ramin Quluzadəyə bir daha müraciət edirəm, əgər o, qarşıdakı 10 gün ərzində də sussa, bütün sənədlərin hamısını ortaya qoyacağam".

Daha ətraflı videodan izləyin:

 

Şərhlər

Çox oxunanlar