Azərbaycan-Türkiyə münasibətləri üçüncü dövlətlərə qarşı yönəlməyib - X. Xələfov
16.09.2020 17:05 Siyasi reaksiya 827
”Azərbaycan-Türkiyə münasibətləri üçüncü dövlətlərə qarşı yönəlməyib”.
Reaksiya.az xəbər verir ki, bunu “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” mövzusunda keçirilən vebinarda Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.
Onun sözlərinə görə, regional geosiyasi proseslərin inkişafı sahəsində birgə addımlar atılır: “Türkiyə beynəlxalq hüquqa uyğun olaraq bölgədə öz haqqını və hüquqlarını qoruyur”.
Nazir müavini vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri müasir tariximizdə indiki kimi yüksək səviyyədə olmayıb. Onun sözlərinə görə, iki ölkənin həmrəyliyi və müttəfiqliyi əbədi və dönməz xarakter alıb: “Azərbaycan Türkiyənin Şərqi Aralıq dənizi ilə bağlı mövqeyini dəstəkləyir”.
Şərhlər